“Xocalı faciəsi – Qan yaddaşı”
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında imzalanmış Memorandum çərçivəsində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və müəllim heyətinin təşkilatı dəstəyi ilə Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi – Qan yaddaşı” adlı tədbir keçirildi. Mərkəzdən “Olaylar” –a bildirilir ki, tədbirin əvvəlində soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra “Vətənim” Yaradıcılıq Birliyinin istehsalı olan "Xocalı" sənədli filminin nümayişi həyata keçirildi.
23 Fevral 2017 13:30 SosialAzərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında imzalanmış Memorandum çərçivəsində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və müəllim heyətinin təşkilatı dəstəyi ilə Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş "Xocalı faciəsi - Qan yaddaşı" adlı tədbir keçirildi. Mərkəzdən "Olaylar" -a bildirilir ki, tədbirin əvvəlində soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra "Vətənim" Yaradıcılıq Birliyinin istehsalı olan "Xocalı" sənədli filminin nümayişi həyata keçirildi.
Aksiyada iştirak edənlər Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Naxçıvanski adına Hərbi Lisey rəisinin müavini polkovnik-leytenant Kamran Nəsibov, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək qeyd etdilər. Tədbirin sonunda Azərbaycan Okinava Qoçiryu-ryu Karate-do və Kobudo Federasiyasının idmançıları öz nümunəvi çıxışları ilə vətənpərvər gənclərimizin gücünü göstərmişlər. Sonda gənclər arasında vətənpərvərlik hisslərin aşılanmasında fəal mövqəyə görə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Hərbi Lisey tərəfindən fəxri diplomla təltif olundu.