Rektor xaricdə təhsil alan həkimlərə müraciət etdi
Azərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti arasında xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərin sayı kifayət qədərdir. Bu gün universitetin rektoru, professor Gəray Gəraybəyli hazırda ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan belə həkimlərlə görüşüb. Bu barədə ATU mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, rektor G.Gəraybəyli Tibb Universitetinin bu cür yetirmələri olduğuna görə fəxr hissi keçirdiyini bildirib: “Hər biriniz öz sahənizdə tanınan insanlarsız. Dünyanın aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti, universitet strukturu ilə tanışsınız. Çox istərdim ki, bu biliklərinizin bizim universitetin fəaliyyətinin daha da yaxşılaşması naminə tətbiq olunmasına yardım edəsiniz. Çünki müasir, yeniləşən Azərbaycanda universitetlər də yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər”. G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin adının dünyanın qabaqcıl elmi müəssisələri ilə yanaşı çəkilməsi üçün istənilən təklif və müraciətlərə açıq olduqlarını bildirib. Rektor xüsusilə rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu qeyd edib.
23 Fevral 2017 13:26 SosialAzərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti arasında xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərin sayı kifayət qədərdir. Bu gün universitetin rektoru, professor Gəray Gəraybəyli hazırda ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan belə həkimlərlə görüşüb. Bu barədə ATU mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, rektor G.Gəraybəyli Tibb Universitetinin bu cür yetirmələri olduğuna görə fəxr hissi keçirdiyini bildirib: "Hər biriniz öz sahənizdə tanınan insanlarsız. Dünyanın aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti, universitet strukturu ilə tanışsınız. Çox istərdim ki, bu biliklərinizin bizim universitetin fəaliyyətinin daha da yaxşılaşması naminə tətbiq olunmasına yardım edəsiniz. Çünki müasir, yeniləşən Azərbaycanda universitetlər də yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər". G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin adının dünyanın qabaqcıl elmi müəssisələri ilə yanaşı çəkilməsi üçün istənilən təklif və müraciətlərə açıq olduqlarını bildirib. Rektor xüsusilə rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu qeyd edib.
Daha sonra professor G.Gəraybəyli ATU-da Türkiyənin tanınmış universiteti ilə birgə icra olunacaq yeni layihə haqqında tədbir iştirakçılarına məlumat verib. Həmçinin, ATU klinikalarındakı yeni avadanlıqlar, burada uğurla həyata keçirilən unikal əməliyyatlar, treninq mərkəzlərinin tələbələrin püxtələşməsinə göstərdiyi yardımın əhəmiyyətindən bəhs edib. Görüşün davamında bu istiqamətdə atıla biləcək addımlarla əlaqədar müxtəlif fikirlər və təkliflər səsləndirilib.