Kosmonavt YADPLANETLİLƏRİN SİRLƏRİNİ AÇDI

Beynəlxalq Kosmos Gəmisində (İSS) 6 ay işləyən alman kosmonavt Aleksander Gerst kosmosda tək olmadığımızı açıqlayıb. Gerst 2018-ci ildə yenidən İSS-də uçacaq. O, Marsın həyatın sirrini açmağa kömək edəcəyini düşünür.

Beynəlxalq Kosmos Gəmisində (İSS) 6 ay işləyən alman kosmonavt Aleksander Gerst kosmosda tək olmadığımızı açıqlayıb. Gerst 2018-ci ildə yenidən İSS-də uçacaq. O, Marsın həyatın sirrini açmağa kömək edəcəyini düşünür. "Mən kosmosda tək olmadığımızı təsəvvür edə bilirəm. Mars bizə özümüz haqqında bir çox gizli məlumatı açmağımıza kömək edə bilər", - deyə o bildirib. Kosmonavtın fikrincə, Marsda həyat var. "Biz bunu aşkarlamalıyıq. Əgər bizim həyatımıza bənzəyirsə, deməli, köklərimiz eynidir. Əgər bunun əksinədirsə, o zaman yeni həyatın olduğu dəqiqləşir", - deyə o bildirib.

Qeyd edək ki, Gerst 2014-cü ildə İSS-də 6 ay uçub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31