Gündəm
Millət vəkili: “Beynəlxalq təşkilatlar ad çəkməklə kifayətlənməsin”
“Xocalı soyqırımı yeni dünya tarixində baş vermiş ən dəhşətli faciədir. Bu faciəni məhz erməni işğalçıları törədib. Bir gecənin içində 613 həmvətənlimiz vəhşicəsinə qətlə yetirilmiş və meyitlər üzərində dünya tarixində rast gəlinməyən işgəncələr aparılmış, 487 nəfər dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Bütün bu vəhşiliklər ancaq azərbaycanlı olduğuna görə və Qarabağda etnik təmizlənmə məqsədilə həyata keçirilib”. Bunu millət vəkili Azər Badamov deyib.
Güclü külək əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp"ın Android platformalı smartfonlar üçün son yenilənməsi çoxlarının narazılığına səbəb olub.
Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi
Ermənistanın paytaxtı İrəvanda insident baş verib. Fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub. Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub.
Böyük şəhəri su basdı: bənd də dağıla bilər
ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərini su basıb. Koyot-Krik çayının məcrasından çıxması səbəbindən 14 min sakin təxliyə oldunub. "Su basmış ərazilərdəki evlərin sakinlərinə bu gün geri qayıtmağa icazə verilməyəcək.
Kamran Əliyev: "Qış imtahan sessiyası ilə əlaqədar müraciətlər daxil olub"
"Universitet və kolleclərdə keçirilən 2017-ci ilin qış imtahan sessiyası ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub". Bunu baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Xəzər İsayev: "Bakı-2017"də idmançılarımızdan çoxlu medallar gözləyirik"
"Azərbaycanın islam ölkələri ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları isə islam ölkələri arasında münasibətləri daha da yaxşılaşdıracaq". Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.
Orta məktəb dərsliyində növbəti QALMAQAL - Bu dəfə xalq mahnısı...
4-cü sinif musiqi dərsliyində "Xarı bülbül" kimi tanınan xalq mahnısının adı "Sarı bülbül" kimi təqdim edilib. Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumat paylaşıb. O, bu dərsliyin ekspertlər tərəfindən necə qiymətləndirilib, rəy verildiyinə də diqqət çəkib.
Rusiyada bank sistemi dəyişir
2019-cu ilin 1 yanvar tarixindən etibarən 1 milyard rubla qədər kapitala sahib banklar baza lisenziyası almalı olacaqlar. Bu barədə Dövlət Duması tərəfindən qəbul edilən “Çoxmərhələli bank sistemi haqqında qanun” layihəsində bildirilir. Qanun layihəsinə əsasən, kredit təşkilatlarını iki növ lisenziya üzrə ayırmaq təklif edilir – 1 milyard rubla qədər kapitala sahib olan banklar baza lisenziyası, 1 milyard rubl və ondan daha çox kapitala sahib təşkilatlar isə universal lisenziyası əldə edəcək.
"Litva Dağlıq Qarabağda keçirilən “referendum”un nəticələrini tanımır"
Litva və Azərbaycan arasında ikitərəfli münasibətlər sıx siyasi dialoq, xalqlarımız arasında dostluq əlaqələri və qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə dair əməkdaşlıq nəticəsində getdikcə daha da güclənir. Bu sözləri Litvanın xarici işlər naziri Linas Linkyaviçyus müxbirinə müsahibəsində deyib.
Politoloq: "Qarabağ danışıqlarının nəticəsi Rusiyanın təzyiqindən asılıdır""
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsində səbəb qoşunların təmas xəttində yarana biləcək gərginliyin qarşısını alınmasıdır. Moskva qoşunların təmas xəttində gərginliyin yaranacağını, eləcə də Azərbaycanın yeni taktika seçdiyini hiss edir”. Bunu politoloq Mübariz Əhmədoğlu Moskvada başlanan Qarabağ müzakirələrini şərh edərkən deyib.
“Qrad” və “Dəmir günbəz” ikinci nəsil könhə “İsgəndərdən” də dağıdıcı gücə malikdir
Bu günlərdə işğalçı Ermənistanın müdafiə naziri Viqen Sarkisyan “RİA Novosti”yə müsahibəsində bildirib ki, Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfi “İskəndər” raketlərindən istifadə edə bilər. Erməni nazirin bu kimi fikirləri əlbəttə ki, heç bir köklü məntiqə söykənməsə də, fakt budur ki, işğalçı ölkə öz aqressiv düşüncələrini aşkar şəkildə etiraf edir. Ancaq bununla yanaşı, ermənilərin güc nazirinin və siyasət adamlarının bənzər bəyanatlarla çıxış etməsi onların yeni müharibənin başlanacağından qorxduqları ehtimalını da üzə çıxarmış olur. Çünki son dövrlərdə erməni KİV-ləri Qarabağ cəbhəsində müharibə ehtimalı ilə bağlı gündəlik analitik yazılarla, açıqlamalar və müsahibələrlə çıxış edirlər. Bunu isə əlbəttə ki, ötən ilin aprel müharibəsinin onlara vurduğu ağır zərbənin nəticələri kimi də qiymətləndirmək olar.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr daha da genişlənir
Bu günlərdə Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud durumu, müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri, millət vəkili Rüfət Quliyevlə müsahibədə bu səfərin nəticələri barədə söhbətləşdik.
Elman Məmmədov: "Xocalı soyqırımı insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir"
Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir. Ötən illər ərzində soyqırımının dünyada tannıması istiqamətində ardıcıl olaraq tədbirlər görülüb. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən Xocalı soyqırımını gündəmə gətiildi. İlk dəfə Ulu öndərimizin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü ilin fevralın 24-də Xocalı faciəsinə siyasi qiymət verildi. Bundan 3 il sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə istintaq materialları əsasında Ali Məhkəmənin hərbi tribunalında iki aydan artıq məhkəmə prosesi getdi. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymət idi. Təbii ki, bütün bunlar Azərbaycan daxilində baş verdi.
Gömrük nəzarətindən gizlədilən əşyalar aşkarlandı
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.














