Böyük şəhəri su basdı: bənd də dağıla bilər
ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərini su basıb. Koyot-Krik çayının məcrasından çıxması səbəbindən 14 min sakin təxliyə oldunub. "Su basmış ərazilərdəki evlərin sakinlərinə bu gün geri qayıtmağa icazə verilməyəcək.
23 Fevral 2017 12:50 DünyaABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərini su basıb. Koyot-Krik çayının məcrasından çıxması səbəbindən 14 min sakin təxliyə oldunub. "Su basmış ərazilərdəki evlərin sakinlərinə bu gün geri qayıtmağa icazə verilməyəcək. Xilasetmə strukturları hələlik situasiyanın öhdəsindən gəlməyiblər", - şəhər meri Sem Likkardo deyib. Böyüklüyünə görə Kaliforniyanın üçüncü şəhəri olan San-Xose üç gündən bəri davam edən leysan yağışlarının əsirinə çevrilib. Yağıntıların yaxın günlərdə yenidən başlanacağı gözlənilir. San-Xosedən şimaldakı Satter, Byutt və Yuba bölgələrində də vəziyyət kritikdir. Orovill su bəndi hər an dağıla biləcəyindən həmin bölgələrdə fövqəladə vəziyyət elan olunub. Bu barədə Milli.az NBC-yə istinadən xəbər verir.