Gündəm

E-qaimə-fakturanın tətbiqi vergi daxilolmalarının artmasına da təsir göstərəcək

23 Fevral 2017 12:11

Olaylar.az  xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib. Vergilər Nazirliyi tərəfindən yanvar ayı ərzində regionlarda keçirilən silsilə görüşlərdə geniş maarifləndirmə və təşviqat işləri aparılıb, qanunvericiliyə olunmuş dəyişikliklərin izahı ictimaiyyətə çatdırılıb. Azərbaycanın bütün regionlarını əhatə edən 3500-dən artıq sahibkarın qatıldığı bu tədbirlər yüksək fəallıq şəraitində keçib, vergi ödəyicilərinin qanunvericiliyin tətbiqinə dair çoxsaylı sualları cavablandırılıb.

ABŞ-da daha bir polis vəhşiliyi: 13 yaşlı oğlanı vurmaq istədi - VİDEO

23 Fevral 2017 12:07

ABŞ-da polis zabitinin silahsız vətəndaşa qarşı vəhşicəsinə davranması ilə bağlı yeni etiraz aksiyaları başlanıb.

Ermənistandakı “İsgəndər” raketlərinin sayı məlum oldu

23 Fevral 2017 12:05

İsveçdə yerləşən Stokholm Beynəlxalq Dünya Problemləri İnstitutu 2016-cı ilin silah ticarəti ilə bağlı hesabat yayımlayıb. Ötən il Ermənistan Rusiyadan 4 ədəd "İsgəndər" zenit-raket kompleksi və onlar üçün 25 ədəd raket satın alıb.  2016-cı ildə rəsmi İrəvan 79 milyon dollar dəyərində silah alıb. 

Türkiyə təyyarəsində HƏYƏCAN - "Üzərimdə bomba var"

23 Fevral 2017 12:02

Türk Hava Yollarına (THY) məxsus TK-78 saylı Boeing 777 tipli təyyarə Mayamidən İstanbula uçmaq üçün son hazırlığını görərkən sərnişinlərdən biri üzərində bomba olduğunu deyib.

Fatih Portakal böyük maliyyə təklifləri qarşısında nəfsinə qalib gələ bilmədi 

23 Fevral 2017 12:01

FOX TV-nin aparıcısı Fatih Portakalın FOX Ana Haber efirində ölkəmizə qarşı hazırladığı "performans" hər kəs tərəfindən qınanmalıdır. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ASGA sədri Səbuhi Abbasov səsləndirib.

Azərbaycan nümayəndə heyəti ATƏT PA-da hansı məsələni qaldıracaq?

23 Fevral 2017 12:00

Fevralın 23-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası öz işinə start verib.  Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyada iştirak edir. Xatırladaq ki, sessiyada ilk olaraq daimi Komitənin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq. Daha sonra Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində “Su təhlükəsizliyini təmin edən təbii ehtiyatların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə” mövzusunda, Siyasi məsələlər və Təhlükəsizlik komitəsində isə “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorçuluqla mübarizə” mövzusunda debatların keçirilməsi planlaşdırılır. Sonda plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatın keçirilməsi nəzərdə tutulub.

Kurtsdan Dağlıq Qarabağ AÇIQLAMAsı

23 Fevral 2017 11:56

"Silahlı münaqişələr bütün ATƏT ərazisində çoxlu dağıntılara və əzablara səbəb olub, bu münaqişələrin hərbi yolla həlli yoxdur". Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Lavrov erməni həmkarıını Moskvaya niyə çağırıb?

23 Fevral 2017 11:57

“Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Naldandaynı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırmasının səbəbi bəlli oldu”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, Lavrov Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında iki fikri xüsusi vurğulayıb: “Lavrov əvvəlcə deyib ki, Azərbaycan və Ermənistan Minsk Qrupu həmsədrlik insitutunun fəaliyyətini imzaları ilə təsdiq edib.

Pakistanda daha bir PARTLAYIŞ: 6 ölü

23 Fevral 2017 11:54

Pakistanın Lahor şəhərində partlayış olub. Hadisə nəticəsində 6 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb. İlkin məlumata əsasən, partlayış səhər saatlarında ofisdə baş verib, binanın bir hissəsi dağılıb. Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb. Polis səbəbi araşdırır.

Gürcüstan Prezidenti Azərbaycana gələcək 

23 Fevral 2017 11:51

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir.

XİN Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

23 Fevral 2017 11:48

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bəyanatda deyilir: “26 fevral 2017-ci il tarixində Xocalı Soyqırımının 25-ci ildönümü tamam olur. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.

Türkiyədə “Xocalı soyqırımı 25-ci ilində, erməni yalanıları” adlı konfrans keçiriləcək 

23 Fevral 2017 11:49

Ermənilərin Xocalıda törətdikləri soyqırımın 25-ci ildönümü ilə bağlı Türkiyədə silsilə tədbirlər keçiriləcək. Türk Dünyası Araşdırmalar Vəqfindən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, vəqfin Turan Kültür Mərkəzi tərəfindən “Xocalı soyqırımı 25-ci ilində, erməni yalanları” adlı konfrans keçiriləcək. Fevralın 25-də baş tutacaq konfransda ermənilərin 1992-ci il, fevral ayının 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan danışılacaq. “Xocalı soyqırımı 25-ci ilində, erməni yalanları” adlı konfransında Azərbaycandan olan nümayəndə heyəti, Telman Hüseynoğlu, Dürdanə Ağayeva və Aqil Ələsgər iştirakçılara erməni vəhşiliklərindən söz açacaqlar.

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

23 Fevral 2017 11:46

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırdı.

Liderin qardaşını öldürən qadın əvvəllər "Yeni Ulduz"a "qatılıb" - VİDEO

23 Fevral 2017 11:45

Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib. Həmin anın görüntüləri yayılıb. Görüntülərə görə, qadınlardan biri Kim Çen Namın gözlərini əlləri ilə bağlayıb, digəri isə onun kürəyinə zəhərli iynə batırıb.