Gündəm

Atəşkəsin pozulması halları artır

23 Fevral 2017 11:36

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub.

Zakir Həsənov cəbhə zonasına səfər edib

23 Fevral 2017 11:35

Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.

Azərbaycan avropalı deputatları və əcnəbi alimləri beynəlxalq axtarışa verdi

23 Fevral 2017 11:34

Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal olunmuş ərazilərin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir. Baş Prokurorluğun  mətbuat xidmətindən bildirilib ki, təəssüflər olsun ki, bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına zidd olaraq, eləcə də Azərbaycanın və vətəndaşlığını daşıdığı ölkələrin rəsmi xəbərdarlıqlarına məhəl qoymadan Ermənistanın təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunurlar. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır. 

Milli Məclisdə indoneziyalı deputatlarla görüş keçirilib

23 Fevral 2017 11:32

Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin ölkədə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü keçirilib. “Olaylar” Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Məclisin deputatı, işi qrupunun rəhbəri Bəxtiyar Əliyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasını nəzərə çatdırıb.  Bəxtiyar Əliyev Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan söz açıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb. İndoneziya parlamentinin nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib, IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün İndoneziyadan 200 atletin Azərbaycana gələcəyini bildirib. 

Şotlandiya Parlamenti Xocalıda baş verən qanlı hadisələri soyqırımı kimi tanıdı

23 Fevral 2017 11:30

Əvvəllər xəbər verdiyimiz kimi, kecən il noyabr ayının ortalarında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Azərbaycan – Böyük Britaniya parlamenmtlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişdilər. Səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilmiş, parlament sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdı.

Piyadanı vurub qaçan sürücü saxlanıb

23 Fevral 2017 11:26

Fevralın 22-də gecə saatlarında Lənkəranın Liman şəhərində piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub. Belə ki, hadisəni törədən şəxsin Masallının Müsəküçə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov olduğu müəyyənləşib. O, idarə etdiyi “VAZ-21099”  markalı avtomaşınla piyadanı vuraraq, hadisə yerindən qaçıb. B. Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. .

ATU-nun yeni doktorant və dissertantları ilə görüş keçirilib

23 Fevral 2017 11:25

Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə qəbul başa çatıb. Bu barədə ATU-dan verilən məlumata görə, fevralın 23-də  ATU-nun rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertant adını qazanan gənc alimlərlə görüşüb, onları təbrik edib.  Rektor  bildirib ki, Tibb Universitetində təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün proseslər tamamilə şəffaf aparılır. Professor Gəray Gəraybəyli gənclərə elmi işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli olmağı məsləhət görüb.Görüş zamanı gənc alimlər təhsil və tədrisin təşkil iilə bağlı öz fikirlərini bildirib, təkliflərini səsləndirdilər. Rektor doktorant və dissertantlara gələcəkdə üzləşdikləri hər bir çətinliklə bağlı rəhbərliyə müraciət etməyi tövsiyyə etdi.

Əbülfəs Qarayev İndoneziya Parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb

23 Fevral 2017 11:22

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının üzvləri arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Dini radikalizm – dini ekstremizm və onun fəsadları müzakirə edilib   

23 Fevral 2017 11:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.