ATU-nun yeni doktorant və dissertantları ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə qəbul başa çatıb. Bu barədə ATU-dan verilən məlumata görə, fevralın 23-də  ATU-nun rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertant adını qazanan gənc alimlərlə görüşüb, onları təbrik edib.  Rektor  bildirib ki, Tibb Universitetində təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün proseslər tamamilə şəffaf aparılır. Professor Gəray Gəraybəyli gənclərə elmi işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli olmağı məsləhət görüb.Görüş zamanı gənc alimlər təhsil və tədrisin təşkil iilə bağlı öz fikirlərini bildirib, təkliflərini səsləndirdilər. Rektor doktorant və dissertantlara gələcəkdə üzləşdikləri hər bir çətinliklə bağlı rəhbərliyə müraciət etməyi tövsiyyə etdi.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə 30 nəfər qəbul olub. Onlardan 19-udissertant, 11-i doktorantdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31