Əbülfəs Qarayev İndoneziya Parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının üzvləri arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
23 Fevral 2017 11:22 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının üzvləri arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Əbülfəs Qarayev 8 sentyabr 2016-cı il tarixində İndoneziya Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanq ilə keçirilən görüşü xatırladaraq, həmin görüşdən sonra ölkə başçımızın tapşırığı ilə İndoneziya vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edildiyini bildirib. Görüş zamanı İndoneziyadan Səudiyyə Ərəbistanı Krallığının Umre ziyarətinə gedən şəxslərin turist kimi Azərbaycana səfərlərinin təşkili məqsədilə birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub. İki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığa dair hüquqi normativ bazanın yaradılması istiqamətində ilkin layihələrin hazırlanması və İndoneziya tərəfinə təqdim olunmasına dair qərar qəbul edilib.