Azərbaycan nümayəndə heyəti ATƏT PA-da hansı məsələni qaldıracaq?
Fevralın 23-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası öz işinə start verib. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyada iştirak edir. Xatırladaq ki, sessiyada ilk olaraq daimi Komitənin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq. Daha sonra Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində “Su təhlükəsizliyini təmin edən təbii ehtiyatların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə” mövzusunda, Siyasi məsələlər və Təhlükəsizlik komitəsində isə “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorçuluqla mübarizə” mövzusunda debatların keçirilməsi planlaşdırılır. Sonda plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatın keçirilməsi nəzərdə tutulub.
23 Fevral 2017 12:00 SiyasətFevralın 23-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası öz işinə start verib. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyada iştirak edir. Xatırladaq ki, sessiyada ilk olaraq daimi Komitənin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq. Daha sonra Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsində "Artan populizm ərəfəsində insan hüquqlarının qorunması" mövzusunda, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində "Su təhlükəsizliyini təmin edən təbii ehtiyatların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə" mövzusunda, Siyasi məsələlər və Təhlükəsizlik komitəsində isə "ATƏT regionunda transmilli təhlükəsizlik: terrorçuluqla mübarizə" mövzusunda debatların keçirilməsi planlaşdırılır. Sonda plenar iclasda "Böhran dövründə insan hüquqlarının qorunması" mövzusunda xüsusi debatın keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti nin sədr müavini, deputat Tahir Mirkişili deyib ki, qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin bütün debatlarda aktiv iştirak edəcəyi gözlənilir: "Azərbaycanın üzləşdiyi problemləri, bu problemlərin artıq bütün ATƏT regionuna yayılmasını hər kəsin diqqətinə bir daha çatdıraraq ATƏT üzvü olan ölkələri problemlərin həllində proaktiv olmağa, beynəlxalq hüquq normalarını əsas tutmağa və həmçinin, beynəlxalq təhlükəsizlik sisteminin təkmilləşməsində Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləməyə çağırmağı planlaşdırırıq".