Fatih Portakal böyük maliyyə təklifləri qarşısında nəfsinə qalib gələ bilmədi
FOX TV-nin aparıcısı Fatih Portakalın FOX Ana Haber efirində ölkəmizə qarşı hazırladığı "performans" hər kəs tərəfindən qınanmalıdır. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ASGA sədri Səbuhi Abbasov səsləndirib.
23 Fevral 2017 12:01 SosialFOX TV-nin aparıcısı Fatih Portakalın FOX Ana Haber efirində ölkəmizə qarşı hazırladığı "performans" hər kəs tərəfindən qınanmalıdır. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ASGA sədri Səbuhi Abbasov səsləndirib. Onun sözlərinə görə, siyasi cameədə elə proseslər var ki, orada iqtidar-müxalifət birliyi mütləqdir: "Daxildə hansısa məsələ ilə bağlı narazılıqlarımız ola bilər, hansısa məqamda bəzi məmurların fəaliyyətindən razı qalmaya bilərik. Amma ölkəmizin birinci xanımının hansısa türkiyəli TV jurnalist tərəfindən kinayəli şəkildə təqdim edilməsinə sevinənləri başa düşməkdə çətinlik çəkirəm. Əslində Xocalı soyqırımı öncəsi türk olaraq erməni vəhşətini, terrorunu təqdim etməkdənsə, efirdə ölkəmizə qarşı tərbiyəsiz davranış sərgiləmək qərəzli sifarişin təzahürüdür". Səbuhi Abbasov deyib ki, Fatih Portakal böyük maliyyə təklifləri qarşısında nəfsinə qalib gələ bilmədi, yaxşı para qazandığını sandı: "Amma o, Azərbaycanı itirdi, Azərbaycan xalqını itirdi, qazandığı isə erməni dığaları oldu. Yəqin ki, aprel ayında Fatih bey qondarma erməni soyqırımının da türklər tərəfindən törədildiyini elə bu "üslubda" təqdim edər. Bu gün qardaş Türkiyə tarixinin ən ağır, sınaqlı günlərini yaşayır. Olduqca həssas proseslər gedir. Və ən maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bu yükü birlikdə çəkir, sevinci kimi kədərini də birgə paylaşırlar. Mən bizim jurnalistləri, xüsusən televiziyaları, QHT-ləri məsələ ilə bağlı mövqe nümayiş etdirməyə səsləyirəm. Onsuz da tarix boyu bizi əzməyə, təhqir etməyə çalışanların qarşısında çox susmuşuq. Susmaq üçün belə səbəbimiz və zamanımız qalmayıb".