Liderin qardaşını öldürən qadın əvvəllər "Yeni Ulduz"a "qatılıb" - VİDEO

Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib. Həmin anın görüntüləri yayılıb. Görüntülərə görə, qadınlardan biri Kim Çen Namın gözlərini əlləri ilə bağlayıb, digəri isə onun kürəyinə zəhərli iynə batırıb.

Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib. Həmin anın görüntüləri yayılıb. Görüntülərə görə, qadınlardan biri Kim Çen Namın gözlərini əlləri ilə bağlayıb, digəri isə onun kürəyinə zəhərli iynə batırıb. Hadisə ilə əlaqədar Şimali Koreyanın məşhur kimya mütəxəssisi də daxil olmaqla, 4 nəfər saxlanılıb. Saxlanılan qadınlardan birinin ötən il Vyetnamda keçirilən "Yeni ulduz" mahnı müsabiqəsində iştirak etdiyi ehtimal olunur.

"Mirror"un əldə etdiyi görüntülərə görə, Kim Çen Namın cinayətində şübhəli olaraq saxlanılan Doan Thi Huonq Vyetnamın mahnı müsabiqəsinə qatılan iştirakçıya həddindən artıq bənzəyir.  Bu barədə Milli.az "Mirror"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31