Xəzər İsayev: "Bakı-2017"də idmançılarımızdan çoxlu medallar gözləyirik"

"Azərbaycanın islam ölkələri ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları isə islam ölkələri arasında münasibətləri daha da yaxşılaşdıracaq". Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.

O, IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyət daşıdığını qeyd edib: "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda idmanın, turizmin inkişafı, mədəniyyətimizin daha çox tanıdılması və digər sahələr üçün önəmli tədbirdir. Oyunlar islam ölkələri arasında həmrəyliyi möhkəmləndirəcək".

MOK-un vitse-prezidenti "Bakı-2017"də idmançılarımızın yüksək nəticələr qazanacaqlarına inandığını bildirib: "Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında uğurla çıxış edirlər. Rioda keçirilən Olimpiya Oyunlarında atletlərimiz yüksək potensiallarını bir daha sübut etdilər. IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımızın uğurla çıxış edəcəklərinə əminəm. "Bakı-2017"də idmançılarımızdan çoxlu medallar gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31