Gündəm

“Xocalıya Ədalət” kampaniyasına onlayn dəstək

23 Fevral 2017 14:31

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək fəaliyyətlərinə start verilib.

Paytaxtın mərkəz istiqamətində yenidənqurma işləri aparılır

23 Fevral 2017 14:29

Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcudların yenidən qurulması və genişləndirilməsi işləri görülür.

Azərbaycan diasporunun rəhbəri HƏBS EDİLDİ

23 Fevral 2017 14:25

Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sosial şəbəkədə yazışan arvadını öldürdü

23 Fevral 2017 14:22

Bakı Apellyasiya Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb. 

DİN Bakıda əməliyyat keçirdi- 8 nəfər tutuldu 

23 Fevral 2017 14:21

Daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının zərərçəkən vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində evləri qarət etməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri – Ağarəhim Əliyev, Cavid İsazadə, Təhməz Əsgərov, Mənsur Məmmədov, Orxan Quliyev, Rişan Bayramov, Nicat Əliyev və Camal Heydərov tutulublar. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Badamdar qəsəbəsində 10 mənzil və 1 mağazadan qızıl-zinət, məişət əşyaları və pul oğurlamaqla zərərçəkənlərə külli miqdarda ziyan vurublar.

Çamadandan "beşbarmaq" çıxdı

23 Fevral 2017 14:16

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyədən 200 iş adamı Azərbaycana gələcək

23 Fevral 2017 14:12

Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, naziri müavini İlham Quliyev bildirib ki, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi 1994-cü ildə yaranıb. Həmin ildən etibarən komitə mütəmadi iclaslar keçirir.

Azərbaycan - İtaliya biznes forumu keçirilib

23 Fevral 2017 14:10

Fevralın 23-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak edib. “Olaylar” xəbər verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir.

Yaqub Mahmudov: Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır

23 Fevral 2017 14:03

Fevralın 22-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil müəssisəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirilib.

AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

23 Fevral 2017 14:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcəkdir.

Yeni sənədli filmlər nümayiş olunacaq

23 Fevral 2017 13:58

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar 24 fevral tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində "İgid" və "Batalyon" sənədli filmləri nümayiş etdiriləcək. Kinostudiyadan “Olaylar” –a verilən məlumata görə, filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Məktəbdə BİABIRÇILIQ: müəllim uşağı soyundurub zorlamaq istəyəndə arvadı zəng edib... - VİDEO

23 Fevral 2017 13:55

Türkiyənin Van şəhərindəki məktəblərin birində biabırçılıq olub.  Vanın Erdemit mahalındakı məktəbdə müəllim şagirdini zorlamaq istəyib. O, uşağı soyundurub, təcavüz etmək istədiyi anda arvadı zəng edib.

Qarabağa qanunsuz səfər edənləri nə gözləyir?

23 Fevral 2017 13:51

"Çox təəssüf ki, hələ də bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, qanunlarımıza zidd hərəkət edərək işğal olunmuş torpaqlara qanunsuz səfərlər edirlər”. Bunu politoloq İlqar Vəlizadə deyib.

"Jurnalistlərimiz Xocalının tanıdılmasında fəal olmalıdır”

23 Fevral 2017 13:50

“Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində demək olmaz ki, lazımi nəticə əldə etməmişik.  Lakin daha çox nəticə əldə etməyimiz üçün bu işlərə Azərbaycan jurnalistikasını cəlb etməliyik”. Bunu Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

“Cənub Qaz Dəhlizi” layihəsi həm də enerji təhlükəsizliyi məsələsidir

23 Fevral 2017 13:43

Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç də iştirakçılar sıırasında olublar. Maraqlıdır, bəs “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantı Azərbaycana nə vəd edir?