Yeni sənədli filmlər nümayiş olunacaq

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar 24 fevral tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində "İgid" və "Batalyon" sənədli filmləri nümayiş etdiriləcək. Kinostudiyadan “Olaylar” –a verilən məlumata görə, filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar 24 fevral tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində "İgid" və "Batalyon" sənədli filmləri nümayiş etdiriləcək. Kinostudiyadan "Olaylar" -a verilən məlumata görə, filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Elçin Musaoğlunun Azərbaycan xalqının qəhraman oğlu Natiq Qasımovdan bəhs edən "İgid" adlı yeni sənədli filmi Cəfər Cabbarlı adına "Azərvaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elçin Musaoğlu və Səbuhi Məmmədli, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdu.

"Yaddaş" sənədli filmlər studiyasında lentə alınan "Batalyon" filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolu və nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edir. Filmin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31