Gündəm

"NASA-nın aşkarladığı planetlərdən 3-ü Yer kürəsinə oxşayır"

23 Fevral 2017 15:43

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) NASA alimlərinin Yer ölçüsündə 7 planetin kəşf etməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib.

Qafqazşünaslıq İnstitutunda Xocalı seminarı

23 Fevral 2017 15:42

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət: Ermənistanın Xocalıda törətdiyi soyqırımı” mövzusunda elmi seminar keçirilib.

“Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

23 Fevral 2017 15:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

23 Fevral 2017 15:32

Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət edib. “Olaylar” xəbər verir ki, müraciətdə vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə çağırılır. Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludur:

Ötən il Azərbaycana 2 milyon 250 min nəfər turist gəlib

23 Fevral 2017 15:29

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 248,8 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq

23 Fevral 2017 15:26

Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib. 

Gəncləri fəlsəfi fikirlərə cəlb etmək lazımdı

23 Fevral 2017 15:22

Bu gün Mərkəzi Elmi Kitabxanada yeni sənədlərin və kitabların təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə MEK – nın əməkdaşı Mikayıl Göyüşov açaraq, Fondların formalaşması bölməsinə hədiyyə olunan kitab və jurnallar, sənədlər  haqqında tədbir iştirakçılarının məlumatlandırmaq üçün Qöncə Cəlilovanın slaydlı təqdimatı təqdim etməyə dəvət etdi. Qöncə xanım qeyd etdi ki, Mərkəzi Elmi Kitabxanada respublikada beynəlxalq kitab mübadiləsi mərkəzidi. Beynəlxalaq kitab öz fəaliyyətini 2 aspektdə həyata həyata keçirir: Daxil olan ədəbiyyat və göndərilən ədəbiyyat. MEK – in ən fəal partnyoru ABŞ Konqresi Kitabxanasıdı. Həmçinin Beynəlxalq kitab mübadiləsi çərçivəsində yaponiya Akademiyasının Geokimya Cəmiyyəti, Geoloji Cəmiyyət, Kiyoto Universiteti və digər universitetlərlə qarşılıqlı mübadilə mövcuddu.

Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

23 Fevral 2017 15:11

Fevralın 23-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mixail Saakaşviliyə “torba tikirlər”

23 Fevral 2017 15:06

Ukrayna hüquq müdafiəçisi Oleq Kurçin Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı Baş Prokurorluğa ərizə verib. Hüquq müdafiəçisi onu Ukraynanın müstəqilliyinə qəsd etməkdə ittiham edir.

GİN Küveyt məsələsinə aydınlıq gətirdi 

23 Fevral 2017 14:48

Bəzi "media" orqanlarında Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzrinə götürməsi ilə bağlı yayılan yalnış xəbərlər Gənclər və İdman Nazirliyi tərəfindən təkzib edilib. “OLAYLAR”-ın xəbərinə görə, nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz: “ Çünki, Küveyt Beynəlxalq Olimpiya Komitəsi tərəfindən beynəlxalq idman yarışlarında iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.

Ekspert: “Mart ayında dollara tələbin yenidən artacağı gözlənilir”

23 Fevral 2017 14:47

Banklarda yenidən dollara tələbin azalması müşahidə edilir. Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib.

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

23 Fevral 2017 14:47

Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində "Park Lajenkovski Hoteldə" Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, forumda Krakov, Lodz, Vroclav, Poznan və başqaşəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir.

İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir"

23 Fevral 2017 14:43

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

“AzNav” ilk milli Naviqasiya Sisteminin təqdimatı olub

23 Fevral 2017 14:33

Əmlak Məsələləri Dövlət Komitəsi “AzNav” ölkənin ilk milli Naviqasiya Sistemini 23 fevral tarixində ictimaiyyətə təqdim edib. “Olaylar” xəbər verir ki, Komitənin sədr müavini Rüstəm Şahbazov qeyd edib “AzNav” ölkənin ilk milli Naviqasiya Sisteminin hazırlanıb istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biridir. Sədr müavini bildirib ki, dövlət başçısının Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı müvafiq Fərmanları ilə komitə tərəfindən informasiya-kommunikasiya texnologiyalarının və coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılmışdır.