“AzNav” ilk milli Naviqasiya Sisteminin təqdimatı olub
Əmlak Məsələləri Dövlət Komitəsi “AzNav” ölkənin ilk milli Naviqasiya Sistemini 23 fevral tarixində ictimaiyyətə təqdim edib. “Olaylar” xəbər verir ki, Komitənin sədr müavini Rüstəm Şahbazov qeyd edib “AzNav” ölkənin ilk milli Naviqasiya Sisteminin hazırlanıb istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biridir. Sədr müavini bildirib ki, dövlət başçısının Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı müvafiq Fərmanları ilə komitə tərəfindən informasiya-kommunikasiya texnologiyalarının və coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılmışdır.
23 Fevral 2017 14:33 SosialƏmlak Məsələləri Dövlət Komitəsi "AzNav" ölkənin ilk milli Naviqasiya Sistemini 23 fevral tarixində ictimaiyyətə təqdim edib. "Olaylar" xəbər verir ki, Komitənin sədr müavini Rüstəm Şahbazov qeyd edib "AzNav" ölkənin ilk milli Naviqasiya Sisteminin hazırlanıb istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biridir. Sədr müavini bildirib ki, dövlət başçısının Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı müvafiq Fərmanları ilə komitə tərəfindən informasiya-kommunikasiya texnologiyalarının və coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılmışdır. Naviqasiya Sisteminin artıq əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verildiyi də bildirildi. Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi "AzNav" Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. "AzNav" həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə hər bir şəxs və ya qurum istənilən vaxt seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı məsələləri sadələşəcək, lazımı ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.