Gündəm
Asim Mollazadə: Yəhudi diasporu hər il Holokost qurbanları ilə yanaşı Xocalı qurbanlarını da anır
Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevlə millət vəkili Asim Mollazadə Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində keçirilən Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak ediblər. “Olaylar” xəbər verir ki, Azərbaycan Respublikasının Avstraliyada fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya federal parlamentinin deputatları, hər iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri, Pert şəhərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri və şəhər sakinləri iştirak ediblər.
Əflatun Amaşov belçikalı həmkarları ilə görüşüb
Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Belçikada keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu lkədən olan həmkarları ilə görüşüb.
Trampın yeni VİZA QADAĞASI gələn həftə açıqlanacaq
Prezident Donald Trampın yeni viza qadağası ilə bağlı qərarının elanı gələn həftəyə qədər təxirə salınıb. Azadinform “BBC”yə istinadən xəbər verir ki, Ağ Evdən yenilənmiş qadağanın məhkəmələrdə baxılan bəzi məsələləri əhatə edəcəyini bildirilib. ABŞ Daxili İşlər Nazirliyinin katibi Con Kelli yeni qərarın birincidən sərt və daha səmərəli olacağını bildirib.
Amerikalı senator Suriyadakı kürd ərazilərinə gizli səfər edib
Amerikalı respublikaçı senator Con Makkeyn gizli şəkildə Suriyadakı Kobani şəhərinə səfər edərək oradakı amerikalı hərbiçilər və kürd nümayəndələri ilə görüşüb.
Gürcüstandan Rusiya vətəndaşlarına Ermənistan qadağası
Rusiya vətəndaşlarının Ermənistana daxili pasportla səfəri etməsi proseduru yalnız Yerevanın Jvarnots Beynəlxalq Aeroportu və Gümrünün Şirak Beynəlxalq Aeroportu üçün nəzərdə tutulub.
Xalq yazıçısı Anarın hekayələri polyak dilində
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xalq Yazıçısı Anarın hekayələri polyak dilində nəşr edilib. Səfirlikdən bildirilir ki, kitabda yazıçının “Əlaqə”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi” və “Asılqanda işləyən qadının hekayəsi” əsərləri yer alıb. Kitab Polşanın “Oficyna Olszynka” nəşriyyat evində çap edilib.
“Qu Gölü” balet tamaşası hazırlanır
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a verilən məlumata görə, hər il 8 Mart ərəfəsində Teatr rəhbərliyi kişilərə zərif cinsin nümayəndələri olan sevimli xanımlarına hədiyyə olaraq teatr biletləri təqdim etmək imkanı verir. Bu il də teatr öz xeyirxah ənənəsinə sadiq qalmış və "Qu gölü" tamaşasının qadınların səbirsizliklə gözlədikləri gözəl bayrama həsr ediblər.
SOCAR Amerika Mühəndislik Şirkətləri Şurasının “Milli Xüsusi Mükafat”ına layiq görülüb
SOCAR-ın yeni inzibati binası - SOCAR Tower layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində “Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülüb. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, mükafatın rəsmi təqdimetmə mərasimi aprelin 25-də Vaşinqtonda Washington Marriott Wardman Park otelində keçiriləcək. SOCAR Tower layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olublar. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin 50-ci yubiley tədbirində SOCAR Tower layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcək.
Metropoliten videoçarx hazırlayıb
Metropoliten stansiyalarında təhlükəsizlik qaydaları ilə bağlı videoçarx hazırlanəb. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, videoçarxda sərnişinlərə təhlükəsizlik qaydalarına riayət etmək barədə maarifləndirici bilgilər verilir. Qeyd olunur ki, sərnişindaşımanın təhlükəsizliyinin təşkil edilməsi və sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədilə metropolitendən istifadə qaydaları mövcuddur. Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb.
Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət
Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir rayon Təhsil şöbəsində (RTŞ) rayonun təhsil və mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət kimi” mövzusunda anım tədbiri keçirilib.
Məktəblilərin kitab oxumağa marağı artırılır
"Həftəyə bir kitab oxuyaq" layihəsinə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhəri 165 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə reallaşdırılan layihənin məqsədi şagirdlərin mütaliəyə diqqətinin cəlb olunması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi və kitaba olan marağın daha da artırılmasına nail olmaqdan ibarətdir. Layihənin təqdimat mərasimində bildirilib ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə vərdişlərinin formalaşdırılması və motivasiyanın artırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir.
Xocalı faciəsi “Art Thema Qallereyasında”
Canəli Əkbərov muğam müsabiqəsinin münsiflər heyətinə düşə bilmədi - SİYAH Ibəlli oldu
“Hər müsabiqəmizdə tamaşaçılarımıza yeni səslər təqdim edirik. İşin maraqlı tərəfi də budur. Hər dəfə biz elə düşünürük ki, görəsən, yenə də yeni səslər gələcəkmi? Amma Azərbaycan xalqının potensialı o qədər böyükdür ki, bu il əvvəlkilərindən daha fərqli ifa tərzinə sahib olan gəncləri görürük. Müsabiqəyə bu il ötən dəfəkindən daha çox iştirakçı qatılmışdı. Respublika üzrə haradasa, 400-dən çox ifaçıya qulaq asmışıq. Onların içindən turları adlaya-adlaya ilk iyirmiliyi seçmişik. Aralarında çox gözəl səs sahibləri var. İyirmilik müxtəlif yaş qruplarında olan 10 qız, 10 oğlan iştirakçıdan ibarətdir”.
"Qeyrətsiz qadın müğənnilərimiz qeyrətdən danışırlar" - VİDEO
Kişi cismində qadınsan, xalaya oxşayırsan. ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan prodüser Tarix Əliyev (Tolik) maraqlı açıqlamalar verib. O, bir çox xeyriyyə işləri gördüyünü bildirib: "Elə şeylər var ki, edəndə çalışıram göstərməyim. Amma bəzi kanallar dəvət edirlər, danışıram. Mən yaxşılığı təbliğ edirəm. Pozğunluğu təbliğ eləsəm, məni qınayarsınız. Heç yadımdan çıxmaz, efirdə 2 uşaq "Barbi" kuklası istəmişdi. Getdim onlara 6-7 dənə həmin kuklalardan aldım. Çox sevindilər".
Bələdiyyə sədrinin atası evini qar uçurdu - 5 ÖLÜ - YENİLƏNİB
Lerikin Orand kəndində baş verən qar uçqununda sağ çıxmış azyaşlı uşağa yardım etmək üçün iki təcili yardım briqadası ayrılıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilb.














