Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət
Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir rayon Təhsil şöbəsində (RTŞ) rayonun təhsil və mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət kimi” mövzusunda anım tədbiri keçirilib.
23 Fevral 2017 16:07 SosialKürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir rayon Təhsil şöbəsində (RTŞ) rayonun təhsil və mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Xocalı soyqırımı - sülh və bəşəriyyət əleyhinə cinayət kimi" mövzusunda anım tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımında qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində "vətən" və "şəhidlik" məfhumlarının müqəddəs sayıldıqlarını vurğulayaraq Xocalı faciəsinin mahiyyət etibarilə Holokost, Hernika və Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni olduğunu bildirib.