Gündəm

AMADA-nın direktoru: "2017-ci ildə Azərbaycanda 435 dopinq testin keçirilməsi nəzərdə tutulub"

23 Fevral 2017 16:54

Yeni yaradılmış Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsində keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak edib.

Almaniya Qarabağda keçirilən "referendumu" tanımır

23 Fevral 2017 16:53

Almaniya hökuməti Dağlıq Qarabağda keçirilən "referendum"u tanımır. Bu barədə Almaniya XİN-in bəyanatında deyilir.

“Tərbiyəsi olan adam başqa ölkənin sərhədlərini pozmaz”

23 Fevral 2017 16:51

“Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərə qarşı cinayət işinin açılması belə səfərlərin qarşısını ala bilər. Çünki bu insanlar bilməlidirlər ki, məsuliyyət daşıyırlar”. Bunu  millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, hətta həmin şəxslərə qarşı müxtəlif yollarla təzyiq vasitələrini yaşadıqları ölkələrdə də göstərmək lazımdır ki, onlar bilsinlər ki, dövlətin sərhədləri toxunulmazdır və bunu pozmaq olmaz: “Ona görə də Azərbaycan tərəfinin qeyd edilən istiqamətdə addımları, xüsusilə də Prezidentin bu məsələdə prinsipial mövqeyi cəmiyyət tərəfindən dəstəklənir. Lapşin məsələsi bunu bir daha göstərdi. Biz daha qətiyyətli addımlar atmalyıq ki, bir də istər deputatlar, istər başqaları cəsarət edib Dağlıq Qarabağa gəlməsinlər. Dərhal da hamısı barədə cinayət işi açılmalıdır”.

İspaniya kralının yeznəsi azadlıqda - 200 min avro girov müqabilində

23 Fevral 2017 16:50

Bir müddət əvvəl İspaniya kralının bacısı infanta Kristinanın həyat yoldaşı İnyaki Urdanqarin maliyyə fırıldağı ilə bağlı işdə ittiham olunaraq məhkəmə tərəfindən 6 il 3 ay həbs cəzası almışdı. Trend-in məlumatına görə, prokurorluq onun pul girovu müqabilində azadlıqda qalması üçün 200 min avro tələb edib.

Mühafizə şirkətlərinin həbsdə olan direktoruna 23 min manat "atdılar"

23 Fevral 2017 16:48

"Qala BTX" MMC, "General" MMC və "Azər Mühafizə" adlı özəl mühafizə şirkətlərinin həbsdə olan direktoru Vüqar Hüseynova qarşı dələduzluq edilib.

Konqoda Gürcüstan vətəndaşını əsir götürdülər - Polkovniki yaraladılar

23 Fevral 2017 16:46

Konqo silahlıları Gürcüstan vətəndaşını girov götürüb. Qiyamçılar hökumət qüvvələrinə məxsus iki helikopteri vurublar. Həmin helikopterlərdən birini gürcüstanlı pilot, polkovnik Soso Osurauli idarə edib. Nəticədə helikopterdə olan başqa bir Gürcüstan vətəndaşı, istefada olan polkovnik David Makişviliyaralanıb, pilot isə əsir götürülüb.

Abşeronda göl daşdı – həyətyanı sahələr suyun altında qaldı

23 Fevral 2017 16:44

Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib. 

Təhsil Nazirliyindən “8 Mart”la bağlı -Xəbərdarlıq

23 Fevral 2017 16:42

Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi “8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində məktəblərdə şagirdlərdən pul yığmaq məsələsi ilə bağlı xəbərdarlıq edib.

Bu yollar bağlanır - Yol polisindən xəbərdarlıq

23 Fevral 2017 16:40

Bakıda fevralın 26-da “Xocalı soyqırımı”nın 25-ci ildönümü ilə bağlı keçiriləcək yürüşlə bağlı paytaxtın bəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Malayziya Şimali Koreya səfirliyini bağlaya bilər

23 Fevral 2017 16:38

Malayziya Şimali Koreya liderinin qardaşı Kim Çen Namın ölümü ilə bağlı qalmaqalın fonunda bu ölkənin diplomatik nümayəndəliyinin bağlanacağını istisna etmir.

Mosul aeroportu İŞİD-dən tamamilə alındı

23 Fevral 2017 16:37

İraq ordusu Mosul hava limanını İŞİD-dən geri alıb. Daha əvvəl İraq təhlükəsizlik qüvvələrinin Mosul aeroportu istiqamətində genişmiqyaslı əməliyyatlara başlaması ilə bağlı xəbər yayılmışdı.

Usubov istefaya göndərilən generalı -  DİN-ə qaytardı

23 Fevral 2017 16:36

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

Maştağa sakinindən silah-sursat götürülüb

23 Fevral 2017 16:29

Sabunçu rayon sakinidə odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbə sakini Rizvan Fərzəliyevdən nömrəsi silinmiş "AKSU" markalı silah, 27 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

23 Fevral 2017 16:28

Bakıda soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumta görə, Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən fevralın 19-da Bakı şəhər sakini Aidə Arablinskayanın içərisində 200 manat pul, 5.000 manat dəyərində qızıl sırğa və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Kiril Bakutov tutulub. Həmçinin fevralın 21-nə keçən gecə Yasamal rayonu ərazisində yaşayan Leyli Kərimovanın evinə açıq qalmış qapıdan girmək yolu ilə 50 manat və 300 ABŞ doları, habelə 5 ədəd bankomat kartı oğurlanıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Azər İslamov tutulub.

Mingəçevir sakinindən 2 kq marixuana götürülüb

23 Fevral 2017 16:27

Mingçevir sakinindən xeyli miqdarda narkotok vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yusif Ağayevdən 11,68 qram, evinə baxış zamanı isə 2 kiloqram 205 qram marixuana aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.