Gündəm
Yer Elmləri Bölməsinin büro iclası keçirilib
Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin büro iclası keçirilib. İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Mətbuat fikir, söz azadlığı və plüralizmin inkişafına öz töhfəsini verməkdədir
Azərbaycanın mətbuat tarixi uzun bir dövrü əhatə etsə də mütəqillik əldə etdikdən sonra keyfiyət dəyişikliyi baş verdi. Düzdür, mətbuat tariximizin ilk illərində belə söz və fikir azadlığı fundamental dəyərlərdən hesab olunurdu, lakin etiraf edilməlidir ki, milli mətbuatımızın inkişaf dövrü müstəqillik illərinə təsadüf edir.
ABŞ-ın Türkiyədəki konsulluğunun əməkdaşı TERRORÇU ÇIXDI? - VİDEO
ABŞ-ın Adana Konsulluğunda tərcüməçi olaraq çalışan H.Ü. terror təşkilatı PKK-nın üzvü olması iddiasıyla saxlanılıb.
Flora Kərimovadan Aygünə sərt cavab: "Dünənki cücə..."
Xalq artisti Aygün Kazımova digər xalq artisti Flora Kərimovanın fikirlərinə münasibət bildirərək yeni qalmaqalın təməlini atıb. Belə ki, A.Kazımova F.Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi "Onun ifa etməsi sənət və sənətkarlıq deyil" sözlərinə etiraz edib.
Bakıda saxta viza qalmaqalı - 7000 dollar cərimələnə bilərsiz
Bakıda sizin üçün viza düzəldəcəyini deyən dələduzlar peyda olub. Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib. O bildirib ki, artıq bu problem kütləvi hal alıb: "Bakıda kimsə qısa müddətdə Kanadaya və digər ölkələrə təhsil, turizm vizası almağa söz verib, onlardan bir neçə min dollar pul alıb, qısa müddətdə vizalarını verib. Həmin vizalardan biri ilə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan bir ailəni hava limanında saxlayıblar, baxıblar ki, viza saxtadır, onları 7000 dollar cərimə edib, buraxıblar. Vizaların bəzilərində aşağıda Pakistan, Hindistana aid qeydlər olub. Nümunə vizalar internetdən götürülüb, fotoşopla düzəldilib, çap edilib pasporta yapışdırılırmış.
İrandan narkotik maddə gətirən saxlandı
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Nəsimi rayonunda Xocalı faciəsini əks etdirən rəsm sərgisi keçirilib
Nəsimi rayonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti tədbir fevral ayının 23-də Gənc Tamaşaçılar Teatrında təşkil edilib. Rayon İcra hakimiyyətinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, tədbirdən əvvəl Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtib. Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən “Arzu və Murad”adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilib. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulub. Gənc Tamaşaçılar Teatrının “Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Ötən il 500 nəfər dəm qazından zəhərlənib
23.02.2017-ci il tarixində Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin hesabatı acıqlanıb.
“Arşın mal alan” yenidən Musiqili Teatrın repertuarında
Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini yeni adlar – bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi10 mart Milli Teatr Gününə planlaşdırılır.
Amerika konsulluğunun əməkdaşı həbs olundu
Verilən son dəqiqə xəbərinə görə, Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarının Konsulluğunda tərcüməçi kimi çalışan Hamza Uluçay həbs olunub. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Hamza Uluçay pKK – a terror qruplaşmasına qarşı aparılan əməliyyatlar zamanı həbs olunub.Adana Təhlükəsizlik Qüvvələrinin Terrorla Mübarizə İdarəsinin şöbə müdirliyindən verilən məlumata əsasən, həkim nazarətindən keçdikdən sonra Hamza Uluçay həbs olunub.
ATƏT PA Baş Katibi Azay Quliyevə təşəkkür etdi
ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb. ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb. Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Qulieyvin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb.
Pakistanda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib
Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Xarici İşlər Nazirliyinin İslamabad Strateji Araşdırmalar İnstitutunda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib.
“Axınla aşağı” filmi kinoteatrlarda
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anılıb...
Hər kəsin tanıdığı məşhurun arvadı ona iş adamı ilə xəyanət edir - ŞOK İDDİA
Türkiyədə karyerasını davam etdirən ulduz futbolçunun həyat yoldaşının gənc bir iş adamıyla görüşdüyü iddiası kübar təbəqədə böyük əks-sədaya səbəb olub. Məlumatda hər kəsin yaxşı tanıdığı, lakin hələlik adı gizli saxlanılan əcnəbi məşhur futbolçunun həyat yoldaşının bir iş adamı ilə oteldə fərqli vaxtlarda 2 gecə keçirdiyi qeyd edilib.














