Ötən il 500 nəfər dəm qazından zəhərlənib

23.02.2017-ci il tarixində Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin hesabatı acıqlanıb.

23.02.2017-ci il tarixində Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin hesabatı acıqlanıb.

Nazirlikdən "Olaylar" -a bildirilir ki, Toksikologiya şöbəsində də əhaliyə vaxtında və lazımı tibbi yardımın göstərilməsi üçün yüksək keyfiyyətli şərait yaradılıb. Müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslaşdırılmış toksiki-kimyəvi laboratoriya, mövcud olan yüksək standartlara cavab verən cihazlar kimyəvi-toksikoloji analizlərin daha tez və keyfiyyətli aparmağa imkan verir.

Hesabat zamanı qeyd olundu ki, 2016-cı ildə KTM-in Toksikologiya şöbəsinə ambulator qaydada 3000-dən çox xəstənin müraciət etdiyi, hər birinə vaxtında zəruri müayinə və operativ müalicə tədbirlərinin tətbiq edildiyi bildirildi.

2016-cı il ərzində Toksikologiyanın stasionar şöbəsinə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfər - dərman, 500 nəfər - dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sançması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31