Nəsimi rayonunda Xocalı faciəsini əks etdirən rəsm sərgisi keçirilib
Nəsimi rayonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti tədbir fevral ayının 23-də Gənc Tamaşaçılar Teatrında təşkil edilib. Rayon İcra hakimiyyətinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, tədbirdən əvvəl Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtib. Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən “Arzu və Murad”adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilib. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulub. Gənc Tamaşaçılar Teatrının “Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
23 Fevral 2017 17:30 SosialNəsimi rayonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti tədbir fevral ayının 23-də Gənc Tamaşaçılar Teatrında təşkil edilib. Rayon İcra hakimiyyətinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbirdən əvvəl Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtib. Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən "Arzu və Murad"adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilib. Tamaşa "Anamın kitabı" adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş "Ürəyində arzu tut" pyesi əsasında səhnəyə qoyulub. Gənc Tamaşaçılar Teatrının "Arzu və Murad" tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.