Gündəm
Cənub Qaz Dəhlizi enerji və milli təhlükəsizlik layihəsidir
Azərbaycan təkcə regional və beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış etmir, eyni zamanda irimiqyaslı layihələrin reallaşmasına öz töhvəsini verir. Artıq Azərbaycan bir sıra enerji layihələrinin müəllifi kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
"TAP layihəsi Avropa üçün ən yüksək prioritetdir"
TAP layihəsi Avropa üçün ən yüksək prioritetdir. Bunu Monteneqronun iqtisadiyyat naziri Draqitsa SekuliçBakıda mətbuat konfransında deyib.
Tanınmış ekspert: ""Cənub Qaz Dəhlizi" uzaqvuran artileriyadır"
Azərbaycanın qaz ixracından gələcəkdə əldə edəcəyi gəlirlər neftdən əldə etdiklərimizi, sözsüz ki, əvəz edə bilməyəcək. Bu, kifayət qədər aydın məsələdir. Ancaq 2014-cü ildə təməli qoyulan Cənubi Qafqaz Boru Kəməri (GQBK) heç də bu məqsədi daşımır.
""Cənub Qaz Dəhlizi" ABŞ üçün prioritetdir"
"Cənub Qaz Dəhlizi" ABŞ üçün strateji prioritet olaraq qalır. Bu sözləri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda mətbuat konfransında deyib.
Uçqun altında qalan körpə necə xilas olub? - Baş həkim danışır
Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ağır xəsarət alan 1 yaşlı oğlan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılır. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev lent.az-a bildirib ki, artıq körpə kənddən götürülüb: "Hazırda rayon mərkəzinə qayıdırıq. İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Bununla belə, dərin müayinələr aparılmalıdır.
İstanbulda Xocalı parkı
Fevralın 24 də Türkiyənin İstanbul şəhərinin Bağcılar qəsəbəsində Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyevin və Bağcılar bələdiyyə sədri Loğman Çağrıcının iştirakı ilə Xocalı parkının təməl atma mərasimi olacaq. Parkın yaxın zamanda açılışı gözlənilir.
"Bütün maliyyə institutları "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq olduqlarını bir daha təsdiq ediblər"
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən bütün maliyyə institutları bu layihəyə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bunu iclasın yekunu üzrə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Azərbaycan təhsilində "YENİLİK" - Valideynlərə RÜŞVƏT SƏNƏDİ imzalatdırılır?
Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur. Məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğluməktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.
"Sənin ananın adı İlhamə yox, Lalədir" - İlhamə Quliyevanın bacısından Orxana
Xocalı həqiqətləri Çin dilində
Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
ADU-da məsləhətçi-professor vəzifəsi təsis edilib
Azərbaycan Dillər Universitetində (ADU) məsləhətçi-professor vəzifəsi təsis edilib. Universitetin Elmi Şurasının 17 fevral 2017-ci il tarixli iclasında “Azərbaycan Dillər Universitetində məsləhətçi-professor vəzifəsi haqqında” Əsasnamə qəbul olunub. Əsasnamə yüksək ixtisaslı elmi-pedaqoji kadrların, professorların (dosentlərin) təcrübəsindən ADU-nun elmi-tədris prosesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək və təhsil ocağında keyfiyyətli elmi-pedaqoji kadrlar hazırlamaq məqsədi ilə hazırlanıb.
Küçədə qadına "təcavüz" anı kameralara düşdü - İTV-nin gizli çəkilişi - VİDEO
Britaniyalı qadınların dediyinə görə, hər gün küçədə gəzərkən seksual manyaklarla qarşılaşırlar. Çəkilişlərdə şəhərin mərkəzi küçələrində gəzən kişilərin qadınlara qarşı həddindən artıq şorgözlüyü əks olunub.
""Cənub Qaz Dəhlizi" hamı üçün faydalı olacaq"
"Cənub Qaz Dəhlizi"nin keçdiyi bütün ölkələr bu layihədən yalnız fayda görəcək. Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda mətbuat konfransında deyib.














