"Bütün maliyyə institutları "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq olduqlarını bir daha təsdiq ediblər"
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən bütün maliyyə institutları bu layihəyə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bunu iclasın yekunu üzrə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
23 Fevral 2017 18:07 İqtisadiyyatCənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən bütün maliyyə institutları bu layihəyə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bunu iclasın yekunu üzrə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər. Trend.az