Küçədə qadına "təcavüz" anı kameralara düşdü - İTV-nin gizli çəkilişi - VİDEO
Britaniyalı qadınların dediyinə görə, hər gün küçədə gəzərkən seksual manyaklarla qarşılaşırlar. Çəkilişlərdə şəhərin mərkəzi küçələrində gəzən kişilərin qadınlara qarşı həddindən artıq şorgözlüyü əks olunub.
23 Fevral 2017 17:57 DünyaBritaniyalı qadınların dediyinə görə, hər gün küçədə gəzərkən seksual manyaklarla qarşılaşırlar. Çəkilişlərdə şəhərin mərkəzi küçələrində gəzən kişilərin qadınlara qarşı həddindən artıq şorgözlüyü əks olunub. İTV nin axşam proqramının yazarı Naomi Hefter eksperiment aparmaq üçün dar şalvar geyinərək küçəyə çıxıb. O, gizli kamera ilə küçədə onu "kəsən"ləri lentə alıb. Bu əsnada manyaklardan biri kameraya düşüb. Belə ki, o, jurnalistin arxasını kameraya çəkərkən tutulub. Naomi hazırladığı sujetində bildirib ki, Britaniyada qadınlar kişilərin bu hərəkətlərindən cana yığılıblar. Milli.Az "Mirror"a istinadla bildirir ki, Britiyanın məşhur İTV kanalı problemi araşdırmaq üçün gizli çəkiliş aparıb.