“Arşın mal alan” yenidən Musiqili Teatrın repertuarında

Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini yeni adlar – bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi10 mart Milli Teatr Gününə planlaşdırılır.

Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini yeni adlar - bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, "Arşın mal alan" tamaşasının yeni heyətlə nümayişi10 mart Milli Teatr Gününə planlaşdırılır.

Qeyd edək ki, martın 10-da tamaşada əsas rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov ifa edəcəklər. Tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əmədar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31