Almaniya Qarabağda keçirilən "referendumu" tanımır
Almaniya hökuməti Dağlıq Qarabağda keçirilən "referendum"u tanımır. Bu barədə Almaniya XİN-in bəyanatında deyilir.
23 Fevral 2017 16:53 SiyasətAlmaniya hökuməti Dağlıq Qarabağda keçirilən "referendum"u tanımır. Bu barədə Almaniya XİN-in bəyanatında deyilir. Bəyanatda vurğulanıb ki, bu "referendum" hər hansı hüquqi qüvvəyə malik deyil. O da qeyd edilib ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşlarla birgə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyətini dəstəkləyir: "Biz Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırırıq". Sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31