Amerikalı senator Suriyadakı kürd ərazilərinə gizli səfər edib

Amerikalı respublikaçı senator Con Makkeyn gizli şəkildə Suriyadakı Kobani şəhərinə səfər edərək oradakı amerikalı hərbiçilər və kürd nümayəndələri ilə görüşüb.

Amerikalı respublikaçı senator Con Makkeyn gizli şəkildə Suriyadakı Kobani şəhərinə səfər edərək oradakı amerikalı hərbiçilər və kürd nümayəndələri ilə görüşüb.

Səfər İslam Dövləti terror qruplaşması ilə mübarizə məqsədi daşıyıb. Səfəri ABŞ silahlı qüvvələri təşkil edib. Makkeyn orada amerikalı hərbiçilər və kürdlər ilə Rakka şəhərinin azad edilməsi məsələsini müzakirə etməli idi. Respublikaçı senator kürdlərin nəzarət etdiyi ərazilərə səfər edən ilk Amerika rəsmisidir.

Suriyadan sonra Ankaraya yol düşən Makkeyn orada Türkiyə prezidenti ilə görüşmüşdü. 

Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ın kürdlər ilə "əməkdaşlığı ikinci plana" atması üzərində təkid edir. Belə ki, ABŞ-ın PKK-nın Suriyadakı qolu olan Demokratik Birlik Partiyası (PYD) ilə əməkdaşlıq etməsi Türkiyəni qane etmir. Bu barədə Azadinform "The Wall Street Journal"-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31