“Qu Gölü” balet tamaşası hazırlanır
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a verilən məlumata görə, hər il 8 Mart ərəfəsində Teatr rəhbərliyi kişilərə zərif cinsin nümayəndələri olan sevimli xanımlarına hədiyyə olaraq teatr biletləri təqdim etmək imkanı verir. Bu il də teatr öz xeyirxah ənənəsinə sadiq qalmış və "Qu gölü" tamaşasının qadınların səbirsizliklə gözlədikləri gözəl bayrama həsr ediblər.
23 Fevral 2017 16:11 MədəniyyətMartın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a verilən məlumata görə, hər il 8 Mart ərəfəsində Teatr rəhbərliyi kişilərə zərif cinsin nümayəndələri olan sevimli xanımlarına hədiyyə olaraq teatr biletləri təqdim etmək imkanı verir. Bu il də teatr öz xeyirxah ənənəsinə sadiq qalmış və "Qu gölü" tamaşasının qadınların səbirsizliklə gözlədikləri gözəl bayrama həsr ediblər.
Balet həvəskarları tamaşada əsas rollarda Belarus Respublikasının məşhur balet ulduzlarını - Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Yana Ştangeyi (Odetta-Odilliya) və Belarusun xalq artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir və s. ölkələrdə uğurlu qastrol səfərlərində olmuşlar.
Qeyd edək ki, tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdu.