Metropoliten videoçarx hazırlayıb
Metropoliten stansiyalarında təhlükəsizlik qaydaları ilə bağlı videoçarx hazırlanəb. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, videoçarxda sərnişinlərə təhlükəsizlik qaydalarına riayət etmək barədə maarifləndirici bilgilər verilir. Qeyd olunur ki, sərnişindaşımanın təhlükəsizliyinin təşkil edilməsi və sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədilə metropolitendən istifadə qaydaları mövcuddur. Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb.
23 Fevral 2017 16:08 SosialMetropoliten stansiyalarında təhlükəsizlik qaydaları ilə bağlı videoçarx hazırlanəb. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, videoçarxda sərnişinlərə təhlükəsizlik qaydalarına riayət etmək barədə maarifləndirici bilgilər verilir.
Qeyd olunur ki, sərnişindaşımanın təhlükəsizliyinin təşkil edilməsi və sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədilə metropolitendən istifadə qaydaları mövcuddur. Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, bu qaydalara əməl etməmək insan həyatı üçün təhlükə yarada bilər. Videoçarxda bildirilir ki, bəzən platformada olarkən ehtiyatsızlıqdan hər hansı əşyamız stansiya yoluna düşə bilər. Belə olan halda qətiyyən stansiya yoluna düşməyə cəhd etməyin. Bu hərəkətiniz sizin həyatınız bahasına başa gələ bilər. Çünki, stansiya yolunda qatarların hərəkətini təmin edən və insan həyatı üçün çox təhlükəli olan 825 voltluq elektrik cərəyanı var. Bu cür yüksək gərginlikli elektrik xəttinə nəinki toxunmaq, hətta yaxınlaşmaq belə insan həyatı üçün təhlükəlidir. Stansiya yoluna düşən əşyanızın çıxarılması üçün mütləq metropoliten əməkdaşlarına məlumat vermək lazımdır. Bəzən ehtiyatsızlıq ucbatından sərnişin stansiya yoluna düşə bilər. Belə olan halda isə ilk növbədə metropoliten əməkdaşları məlumatlandırılmalıdır. Eyni zamanda stansiyaya daxil olacaq qatar istiqamətinə baxmaq lazımdır. Əgər qatarın işıqları görünürsə, deməli qatarın gəlməsinə az qalıb. Belə olan halda başınız qatar istiqamətində üzüaşağı vəziyyətdə olmaqla, relslərin arasındakı qanova uzanmaq lazımdır. Qətiyyən tərpənmək olmaz. Qatar sizin üzərinizdə dayansa belə, bunun təhlükəsi yoxdur. Yetər ki, siz təşvişə düşməyin, hərəkət etməyin və qatarın hər hansı avadanlığına toxunmayın. Belə vəziyyətdə metropoliten əməkdaşları mütləq sizi təhlükəsiz şəraitdə xilas edəcəklər.