Xalq yazıçısı Anarın hekayələri polyak dilində

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xalq Yazıçısı Anarın hekayələri polyak dilində nəşr edilib. Səfirlikdən  bildirilir ki, kitabda yazıçının “Əlaqə”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi” və “Asılqanda işləyən qadının hekayəsi” əsərləri yer alıb. Kitab Polşanın “Oficyna Olszynka” nəşriyyat evində çap edilib.

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xalq Yazıçısı Anarın hekayələri polyak dilində nəşr edilib. Səfirlikdən  bildirilir ki, kitabda yazıçının "Əlaqə", "Mən, sən, o və telefon", "Keçən ilin son gecəsi" və "Asılqanda işləyən qadının hekayəsi" əsərləri yer alıb. Kitab Polşanın "Oficyna Olszynka" nəşriyyat evində çap edilib.

Qeyd edək ki, bu hekayələr ötən əsrin 70-80-ci illərində polyak dilinə tərcümə olunaraq Polşada nəşr edilib. Yazıçının əsərlərinə olan marağı nəzərə alaraq hekayələrin təkrar nəşri həyata keçirilib. Anarın artıq bir neçə kitabı Polşada çap edilib. Ən son kitablarından biri isə 2015-ci ildə "ATUT" nəşriyyatında "Şərq modernizmi" seriyasında işıq üzü görmüş "Göz muncuğu" əsəridi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31