Əflatun Amaşov belçikalı həmkarları ilə görüşüb

Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Belçikada keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu lkədən olan həmkarları ilə görüşüb.

Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Belçikada keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu lkədən olan həmkarları ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Əflatun Amaşov Brussel Parlamentinin millət vəkilləri olan Şevkət Temiz və Hasan Koyuncu ilə görüşüb. Görüşdə millət vəkili ilə yanaşı bu ölkəyə səfər edən Azərbaycan nümayəndə heyəti də iştirak edib. Parlamentarilər arasında keçirilən görüşdə Azərbaycanla Belçika arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də Xocalı soyqırımı ilə bağlı mövzular müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31