“Xocalıya Ədalət” kampaniyasına onlayn dəstək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək fəaliyyətlərinə start verilib.
23 Fevral 2017 14:31 SosialGənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Xocalıya Ədalət" kampaniyasına dəstək fəaliyyətlərinə start verilib. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, bu məqsədlə Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması təşəbbüsü ilə "Xocalıya ədalət" (Justice For Khojaly) kampaniyası çərçivəsində fəaliyyətlər həyata keçirilir. Kampaniyaya dəstək məqsədi ilə bu haqda ətraflı məlumatları özündə əks etdirən sayt yaradılıb.