Paytaxtın mərkəz istiqamətində yenidənqurma işləri aparılır
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcudların yenidən qurulması və genişləndirilməsi işləri görülür.
23 Fevral 2017 14:29 SosialPaytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcudların yenidən qurulması və genişləndirilməsi işləri görülür.
Küçə bir neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü və tikinti işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Bundan başqa avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Yusif Səfərov küçəsinə paralel 1.1 km uzunluğunda yeni yol salınır. Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 metr, hərəkət hissəsinin eni 10 metr olacaq yol inşa olunandan sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospetlərinə doğru rahat çıxışı təmin olunacaq.