Sarayda Xocalı faciəsinin qurbanları anıldı
Heydər Əliyev adına Respublika Sarayında Xocalı faciəsinin 25 – ci il dönümü münasibəti ilə anım tədbiri keçirilib. Sarydan “Olaylar” – a bildirlir ki, iştirakçılar öncə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşəyə baxış keçiriblər. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Heydər Əliyev Sarayının direktoru Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş məruzə ilə çıxış etdi.
23 Fevral 2017 13:33 SosialHeydər Əliyev adına Respublika Sarayında Xocalı faciəsinin 25 - ci il dönümü münasibəti ilə anım tədbiri keçirilib. Sarydan "Olaylar" - a bildirlir ki, iştirakçılar öncə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşəyə baxış keçiriblər. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Heydər Əliyev Sarayının direktoru Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş məruzə ilə çıxış etdi.
Xocalı faciəsinin canlı şahidləri tədbirdə çıxış edərək, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmaqlarından danışıblar.