Qarabağ probleminin həlli region baxımından əhəmiyyətlidir

Son vaxtlar Ermənistanın cəbhədə təxribatçı hərəkətlərinin artması, Silahlı Qüvvlərimizə qarşı mütəmadi olaraq edilən hücum cəhdləri Qarabağda yeni bir savaşın başlamasını zərurətə çevirir. Məhz işğalçı ölkənin bu cür təxribatçı hərəkətləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini getdikcə mümkünsüz edir. Halbuki sözügedən problemin həlli təkcə Azərbaycan deyil, ümumilikdə region baxımından əhəmiyyətlidir. Elə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə ekspert Araz Aslanlı da bu qənaətdədir.

Münaqişə yenidən alovlansa daha böyük qlobal nəticələr yaratmaq potensialına malikdir

Son vaxtlar Ermənistanın cəbhədə təxribatçı hərəkətlərinin artması, Silahlı Qüvvlərimizə qarşı mütəmadi olaraq edilən hücum cəhdləri Qarabağda yeni bir savaşın başlamasını zərurətə çevirir. Məhz işğalçı ölkənin bu cür təxribatçı hərəkətləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini getdikcə mümkünsüz edir. Halbuki sözügedən problemin həlli təkcə Azərbaycan deyil, ümumilikdə region baxımından əhəmiyyətlidir. Elə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə ekspert Araz Aslanlı da bu qənaətdədir. O, bildirib ki, günümüzdə Dağlıq Qarabağ problemi Azərbaycan üçün ən vacib, taleyüklü məsələ olaraq qalır.

Millət vəkili: “Beynəlxalq təşkilatlar ad çəkməklə kifayətlənməsin”

Çünkü söhbət dövlətimizin ərazi bütövlüyünün təminindən, müqəddəs vətən torpaqlarının işğaldan azad edilməsindən gedir: "Problem eyni zamanda bütövlükdə region baxımından da əhəmiyyətlidir. Hətta müəyyən dərəcədə qlobal nəticələrə də səbəb olub, yenidən alovlansa daha böyük qlobal nəticələr yaratmaq potensialına malikdir. Aydındır ki, hər bir Azərbaycan vətəndaşı işğalın davam etməsindən bu və ya digər dərəcədə narahatlıq keçirir. Türk və İslam dünyasının müəyyən hissəsi, eləcə də problem barədə məlumatlı olan və ədalət hissini itirməmiş olan hər kəs bu narahatlığa ortaq olur. Əsas narahatlıq mənbələrindən biri də odur ki, problem nə vaxta qədər davam edəcək, gedişat ümidvericidirmi? Problemin nə vaxta qədər davam edəcəyi barədə sualın cavabını vermək iqtidarında olan bəşəri bir güc yəqin ki, yoxdur. Amma gedişatın ümidverici olduğunu qeyd etmək mümkündür". Ekspert deyir ki, Mübariz İbrahimovun qəhrəmanlığı, Ermənistanın işğal altında tutduğu Azərbaycan ərazilərində Xocalı aeroportunu açmaq istəməsinə Azərbaycanın imkan verməməsi, Ermənistan vertolyotunun Azərbaycan ərazisində vurulması və nəhayət 2016-cı ilin aprel döyüşləri hərbi-diplomatik üstünlüyün, eləcə də psixoloji üstünlüyün Azərbaycana keçdiyini göstərdi: "2008-ci ilin avqust hadisələri-Rusiya-Gürcüstan müharibəsi- göstərmişdi ki, uğurlu xətti davam etdirmək tələsik qərarlar qəbul etməkdən daha vacibdir. Bu mənada işğalın bir an əvvəl ortadan qaldırılması arzu olsa da, bunun yubanması nə cəmiyyətimizi ruhdan salmamalı, nə də Azərbaycanı tələskənliyə sövq etməməlidir. Müsbət gedişat davam etdirilməlidir. Qarabağ problemi ilə bağlı vacib məqamlardan biri də cəbhə xəttində keçirilən monitorinqlərin gücləndirilməsi təşəbbüsləridir. Son illərdə dəfələrlə gündəmə gətirilən bu mövzuya Azərbaycan haqlı olaraq belə reaksiya verir ki, monitorinqlər təmas xəttində deyil, Azərbaycan-Ermənistan sərhəddi boyunca keçirilsə daha yaxşı olar. Məsələn, fevralın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçirildi.

Politoloq: "Qarabağ danışıqlarının nəticəsi Rusiyanın təzyiqindən asılıdır"" 

Amma bir məqam daha var. Ümumiyyətlə bundan sonra beynəlxalq müşahidəçilər monitorinqlərinin böyük əksəriyyətini Azərbaycan-Ermənistan sərhəddi boyunca aparsalar daha yaxşı olar, nəinki Azərbaycan daxilindəki cəbhə xəttində. Həm də sadəcə Daşkəsən-Gədəbəy-Tovuz-Ağstafa-Qazax xətti boyunca deyil, Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan xətti boyunca da. Hətta Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan xətti boyunca monitorinq daha vacibdir. Çünki münaqişənin taleyi baxımından daha problemli xətt məhz Azərbaycanın nəzarət edə bilmədiyi bu xətdir. Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan xətti boyunca nəzarətsiz qalması münaqişənin dərinləşməsinə, problemin həllinin çətinləşməsinə yol açan addımların atılmasına səbəb olur. Bununla bağlı faktlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əks olunub. Buna görə də ATƏT və digər beynəlxalq qurumlar bu xəttin nəzarət altına alınması üçün daha çox səy göstərməlidirlər". Araz Aslanlı qeyd edib ki, Azərbaycanın başda Rusiya, Birləşmiş Ştatlar və Fransa olmaqla böyük güclərin, eləcə də digər dövlətlərin və beynəlxalq təşkilatların Qarabağ probleminə yanaşmalarında maksimum prinsipiallıq tələb etməsi, ədalətsiz mövqelərə dərhal və sərt reaksiyalar göstərməsi də vacib məqamlardan biridir: "Şübhəsiz ki, yuxarıda qeyd olunanlar təkbaşına Qarabağ probleminin ədalətli həllini təmin etmək üçün kifayət etmir. Amma gedişatı dəyişdirən Azərbaycan vəziyyəti də dəyişdirə bilər. Təbii ki, səhvlərindən nəticə çıxarmaq, milli potensialı milli gücə çevirmək və doğru yolda səbrlə, əzmlə irəliləmək şərtiylə".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31