Gündəm
Albaniya prezidenti: “Bizim üçün avrointeqrasiyanın alternativi yoxdur”
“Sülhü təmin etmək üçün sabitlik bərqərar olmaldır”. Bu sözləri Albaniya prezidenti Buyar Nişani V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, Albaniya buna bir misaldır: “Tarixən bizdə problemlər olub, lakin biz regionda fərqli ölkələr yaratmışıq. İmkanlardan düzgün istifadə olunmalıdır. Yeni reallığa hörmətlə yanaşırıq və birlikdə inkişaf edirik. Regionumuz böyük deyil, amma böyük ailəmiz var, fərqli millətlər yaşayır. Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Albaniya Avropaya inteqrasiya üzərində çalışır. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur, bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu, bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq”.
1767 əcnəbi ölkə qanunvericiliyini pozub
Cari ilin fevral ayı ərzində 1767 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Ermənilər 100 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.
Makedoniya prezidenti: “Yeni dünyanın doğuluşu ərəfəsindəyik”
“Biz indiki dövrün problemlərini anlamalıyıq ki, gələcəyi də başa düşək”. Bunu Makedoniya prezidenti George İvanov V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
Bolqarıstanın sabiq prezidenti: "Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir"
“Azərbaycan elə ölkədir ki, burada müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri yaşayır. Ona görə də Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir".
Gürcüstan prezidenti: “Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir”
"Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”. Bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: “Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.
Azərbaycanda 1000-dən çox müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb
Təhsil Nazirliyi Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparır. Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.
İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar
V Qlobal Bakı Forumunun açılışında İtaliya prezidenti Serjo Mattarella və Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciətləri oxunub. İtaliya prezidenti müraciətində mədəniyyətlərarası dialoqun çox vacib olduğunu vurğulayıb. S. Mattarella bu sahədə təşəbbüslərin artırılmasını vacib sayıb və V Qlobal Bakı Forumuna uğurlar arzulayıb.
Prezident: "Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir"
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayon Ermənistanın işğalı altındadır". Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.
Dövlət başçısı: "Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”
“25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib”. Bu sözləri Azərbaycan prezidentiİlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib. O bildirib ki, hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər: “Azərbaycanda yoxsulluğu son 15 ildə 5 faizə qədər azaltmışıq.
Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək"
"Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb". Bunu Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib.
Sabiq prezident: "Ölkələr ilk növbədə vətəndaşlarının problemlərinin həlli ilə məşğul olmalıdır"
"Yaxşı idarəçilik cəmiyyətin bütün üzvlərinin qanun qarşısında bərabər olmasına nail olmaqdır. Ölkə vətəndaşları idarəçiliyi nə dərəcədə yaxşı qavraması ilə münasib şəkildə xoşbəxt olur. Əks təqdirdə terrorizm yaranacaq, bir çox başqa problemlər yaranacaq". Bunu bu gün Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freyberqa V Qlobal Bakı Forumunun açılışında söyləyib.
Prezident İlham Əliyev: "Azərbaycan bölgədə sabitləşdirici rol oynayır"
"V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Mərkəzin həmsədrlərinə təşəkkür edirəm".
Uşaq FilarmoniyasıSankt-Peterburq şəhərində
Rusiyanın Peterburq şəhərinin “Lido” stadionunda «Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat» şəhər ictimai birliyi «Novruz»a həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə ölkəmizin bir çox tanınmış sənətçiləri ilə yanaşı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi də yer alıb.
"Sağlamdır" deyə xəstəxanadan evə göndərilən 16 yaşlı qız öldü
İngiltərənin Mançester şəhərindəki xəstəxana qalmaqalından sonra bu dəfə də Bristol şəhərindəki "Bristol Royal Infirmary" xəstəxanasının həkimləri məsuliyyətsizlikdə günahlandırılır.












