Gündəm
Arzu Rəhimov vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağstafa rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Qızılqaz gölünə 29 min ədəd zəli buraxılıb
Martın 15 – də 29 min ədəd zəli KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.
Çin Xalq Dostluq Cəmiyyəti Xalça Muzeyində
Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Song Jingvu rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyinin qonağı olublar. Muzeydən “Olaylar” – a bildirilib ki, cənab Song Jingvu Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış oldu.
Ramil Usubov generalın oğluna YENİ VƏZİFƏ VERDİ
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəisi polis mayoru Turavi Paşayev vəzifəsindən azad edilib. O, Binəqədi RPİ-nin 7-ci PB-nə rəis vəzifəsinə təyin edilib.
19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda sözügedən ərazidə asfalt-beton örtüyünün son qatının salınması işləri aparılır.
Mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb
2017-ci ilin mart ayı üzrə ölkəmizdə əmək pensiyalarının nəzərdə tutulan qrafikdən əvvəl maliyyələşdirilməsi üçün aidiyyəti tədbirlərin görülməsi təmin olunub.
Aktiv məşğulluq tədbirlərinin təşkilində BP ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Qari Counzla tanışlıq görüşü olub.
Azərbaycanda məktəb direktorlarının işə qəbul qaydaları təsdiqlənib
Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə əmr imzalayıb.
Latviya prezidenti: “Münaqişələr sülh, beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
“Təəssüf ki biz təhlükəsiz və sabit dünyada yaşamırıq”. Bu sözləri Latviya prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
“Məndən heç nə soruşmayın” - İntihar edən yazarın xanımı
Tanınmış gənc yazar, ədəbiyyat cameəsində Mövlud Mövlud imzası ilə tanın Mövlud Abdullayev bu gecə intihar edib. Bu xəbər onu tanıyanları az qala şoka salıb.
Bəzi rayonlarda intensiv yağış yağacaq
Bakı və Abşeron yarımadasında martın 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Politoloq: “Azərbaycan Prezidentinin Fransa səfəri vacib məqamların həllinə təkan verəcək"
“Prezident İlham Əliyevin Fransaya səfəri həm Azərbaycan, həm də region dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Fransa arasındakı münasibətlər hər iki ölkənin daha da inkişafı üçün önəmli məqamdır”. Bunu politoloq Arzu Nağıyev deyib.
Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"
Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib. O, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.
Sarkisyanla müdafiə naziri arasında ziddiyyət
Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Vigen Sarkisyan kifayət qədər ziddiyyətli bəyanatlar verib. Bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.
Mətbuat tariximizdə Rzaqulu Nəcəfov imzası: keşməkeşli ömrün səhifələri
Azərbaycan mətbuat tarixində Rzaqulu Nəcəfovun xüsusi yeri vardır. Naxçıvan, Tiflis və Bakı ədəbi mühitində, eləcə də ictimai-siyasi fəaliyyətində fəallığı və işgüzarlığı ilə seçilən Rzaqulu Nəcəfov Sovet hakimiyyəti illərində çox az xatırlanan şəxsiyyətlərdən biridir.














