19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda sözügedən ərazidə asfalt-beton örtüyünün son qatının salınması işləri aparılır.
16 Mart 2017 13:12 SosialSaatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda sözügedən ərazidə asfalt-beton örtüyünün son qatının salınması işləri aparılır.
Yeni avtomobil yolunun tikintisi vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemi həll etmiş olacaq.
Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 km-dir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından tikilib. Buna paralel olaraq yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənir. Ümumilikdə 175 min m2 ərazinin asfaltlanması işləri aparılır. Bu işlər də hazırda yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.