Gündəm

Kvasnevski: "Bakı forumunda önəmli mövzuları müzakirə etməklə, dünyaya böyük töhfə veririk”

16 Mart 2017 14:08

"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib". Bunu Bakıda səfərdə olan Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqa ilə görüşüb

16 Mart 2017 14:04

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.

İordaniya Senatının sədri: "Hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir"

16 Mart 2017 14:03

"Suriyada, İraqda, Orta Şərqdə və digər yerlərdə davam edən münaqişələr var. Bu münaqişələrin sülh yolu ilə həllini tapmaq və daha yaxşı dünya qurmaq çox vacibdir". Bunu V Qlobal Bakı Forumunda iştirak edən İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal el Fayez deyib.

Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir”

16 Mart 2017 14:01

“Təbii qazın diversifikasiyası enerji təhlükəsizliyinin əsas amilidir. Çox yaxın keçmişdə biz gördük ki, qazın paylanması ədalətli deyil. Bu, siyasətin bir hissəsi idi".

"Ərim məni borclu olduğu kişilərə satmaq istəyirdi" deyən Gülsəhər haqda ŞOK İDDİA

16 Mart 2017 13:56

Bir neçə gün öncə "Lider" televiziyasında yayımlanan "Çıxış yolu" verilişinə müraciət edərək "Ərim məni borclu olduğu kişilərə satmaq istəyirdi" deyən Quba rayonu Şuduq kənd sakini Gülsəhər Ömərovanın həyat yoldaşına xəyanət etdiyi üzə çıxıb.

Xalça Muzeyində “Ailə günü”

16 Mart 2017 13:51

Martın 18- də  Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə  “Ailə günü” adlı tədbir keçıriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki,  “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək həmçinin Novruz bayramının yaranma tarixi və Novruz adət-ənənələri  haqqında məlumat verməkdir.

Habil Əliyev – 90

16 Mart 2017 13:50

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbi xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli, görkəmli kaman ustası Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, Ə.Bədərbəyli adına 11 illik 23 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimi Arif Əsədullayev, İdarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Əcnəbilərə daha bir töhvə

16 Mart 2017 13:48

“Xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə keçirmişik. Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib”.

Əbülfəz Qarayev: “ İki ticarət festivalı 50 milyon manat əlavə vəsait gətirmək iqtidarındadır”

16 Mart 2017 13:47

“Ticarət festivalının xərclərini Mədəniyyət və Turizm Nazirliyi çəkir. Gəlirlər isə nazirliyə gəlməyəcək”. “Olaylar” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Erməni döyüşçülərin ailələri etiraza qalxdılar

16 Mart 2017 13:42

Ermənistanda keçmiş Qarabağ döyüşçülərinin ailələri hökumət binası qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Müdafiə Nazirliyi tərəfindən ayrılan aylıq vəsaitin kəsilməsindən şikayətləniblər.

“Fransa artıq ermənipərəst mövqedən uzaqlaşıb”

16 Mart 2017 13:40

“Fransua Ollandın prezidentliyi dövründə Azərbaycanla münasibətlər yeni keyfiyyət mərhələsinə qaldırıldı”. Bunu  politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, bu gün artıq faktdır ki, Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində Fransa artıq ermənipərəst dövlət deyil: “Eyni zamanda bu işdə birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu var. Mehriban xanım parlamentdə Azərbaycan-Fransa Dostluq Qrupuna rəhbərlik edib, Fransa ilə əlaqələri parlament, ictimaiyyət səviyyəsində Mehriban xanım həyata keçirib. Ona görə də iki istiqamətdə aparılan iş real effekt verib və bu gün Fransa əvvəlki kimi ermənipərəst dövlət deyil”. 

Lavrov: “Ermənistanla Türkiyə danışıqlara başlayanda, Rusiya kömək etməyə hazırdır”

16 Mart 2017 13:37

"Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər". Bunu Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.  "Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq. Bu şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq”, - deyə o vurğulayıb.

Lavrov: “Ankara ilə əməkdaşlığın bərpası Cənubi Qafqazda sabitliyə xidmət edəcək"

16 Mart 2017 13:33

“Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasına digər dövlətlərə zərər verən prosesə kimi baxmağa dəyməz. Rusiyanın gizli gündəmi yoxdur. Biz başqasının maraqlarını pozan, üçüncü ölkəyə qarşı olan siyasi və ya iqtisadi alyans yaratmırıq". Bunu Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

Nəsimi rayon ictimaiyyəti əsgərlərlə Novruz bayramını qeyd ediblər

16 Mart 2017 13:29

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərinin görüşünə gəlmişlər.

Daha bir yolda avtomobillərin hərəkəitinə məhdudiyyət qoyuldu

16 Mart 2017 13:26

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda 17 mart 2017-ci il tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.