Daha bir yolda avtomobillərin hərəkəitinə məhdudiyyət qoyuldu

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda 17 mart 2017-ci il tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda 17 mart 2017-ci il tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31