Gündəm

Avropa Şurasının nümayəndələri Ədliyyə Nazirliyində olublar

16 Mart 2017 14:46

Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sərhədçilər qaçaqmalçıları zərərsizləşdiriblər

16 Mart 2017 14:45

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eləcə də dövlət sərhədindən mütəşəkkil cinayətkar qrupların qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılmışdır.

Bakıda I sinfə elektron qəbulla bağlı problem yaranıb

16 Mart 2017 14:39

Martın 15-dən etibarən Bakıda 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbuluna başlanıb. Bir sıra yeniliklər edilən qəbul prosesində bəzi problemlər də müşahidə edilir.

İngiltərənin məşhur qəzeti "Eurovision" təmsilçimizdən yazdı

16 Mart 2017 14:38

İngiltərənin məşhur “The Sun” qəzeti ölkəmizi bu il “Eurovision”da təmsil edəcək Dina Hacıyevadan yazıb.  Məqalədə müğənninin həyat və yaradıcılığı əks olunub.

Bakıda binada yanğın olub-ölən var

16 Mart 2017 14:32

Bakıda tikilməkdə olan binada yanğın olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, hadisə Xətai rayonu Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində orada işləyən, Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb.Fakta bağlı araşdırma aparılır.

Avtomobildə külli miqdarda siqaret aşkar edildi

16 Mart 2017 14:31

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Nazlifan LF7132/2-320” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd “Dubao” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Ombudsman cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirib

16 Mart 2017 14:30

İnsan Hüquqları üzrə Müvəkkili Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş Amalya Pənahova ilə birgə Novruz bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil ediblər.

15 yaşlı qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA

16 Mart 2017 14:27

15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Baş nazirin müavini qiymət artımından DANIŞDI

16 Mart 2017 14:26

Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı öncəsi bazarlarda məhsulların qiymətlərinin qalxması barədə səslənən məlumatlara münasibət bildirib.

HAMININ GÜNAHI VAR

16 Mart 2017 14:22

Əzab çəkirəm, aşkım! Gözəl anam, biricik aşkım!

Azərbaycanın I vitse-prezidenti Makedoniyanın birinci xanımı ilə görüşüb

16 Mart 2017 14:18

Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən Makedoniyaın birinci xanımı Maya İvanova ilə görüşüb. M. İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən M. Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.

Azərbaycanın I vitse-prezidenti UNESCO xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüşüb

16 Mart 2017 14:17

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.

Diktator qardaşının ölümünə görə dörd nəfər beynəlxalq axtarışa verildi

16 Mart 2017 14:15

İnterpol KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın öldürülməsində şübhəli bilinən dörd Şimali Koreya vətəndaşının beynəlxalq axtarışı üçün "qırmızı bildiriş" verib. Bu barədə Malayziya polisi bildirib.

Novruz yarmarkaları - Ünvanlar

16 Mart 2017 14:13

Regionlardan orta bazar qiymətinə satın alınmış məhsullar Novruz bayramı münasibətilə təşkil edilən yarmarkalara çıxarılıb.

Sloveniya gimnastı: "Bakıda Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub"

16 Mart 2017 14:10

Bakıda idman gimnastikasə üzrə Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub. Bunu  Sloveniyanın Dünya Kubokunda təmsil edən gimnast Teja Belakdeyib. Qadınlar arasında dayaqda tullanmada iştirak edən sloveniyalı gimnast bildirib: "Burada idmançılar üçün yaradılmış şəraitdən, ümumiyyətlə yarışların təşkilatçılarından çox məmnunam".