Gündəm

"Azərbaycanda "beyin axını" böyük miqyasda deyil"

16 Mart 2017 15:18

25-30 il əvvəl Azərbaycanın çox dəyərli mütəxəssisləri xaricə gedirdi, lakin stabilləşmə olduqdan sonra onların çox hissəsi geri qayıdıb.

Əli Əhmədov: "Təhsili inkişaf etdirmək üçün təşəbbüsləri alqışlayıram"

16 Mart 2017 15:16

Təhsili inkişaf etdirmək, insanlarımıza daha yaxsı bilik vermək, universitetlərə daxil olmaq üçün gənclərimizə müəyyən dəstəklər vermək, kurslar təşkil etməyə təşəbbüs göstərilirsə, bunu alqışlayıram.

Bolqarıstanın sabiq prezidenti: “Dünyadakı münaqişələr yalnız iki dövlətin arasında həll oluna bilməz”

16 Mart 2017 15:13

"Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Avropaya inteqrasiyanı başa düşmür. O heç bununla maraqlanmır. O deyir ki, Amerika birinci olmalıdır".

Plevneliyev: "Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq”

16 Mart 2017 15:12

“Biz hamımız sülh istəyirik. Sülh qaydaların bütün insanlara tətbiq olunduğu yeganə yoldur”. Bu sözləri V Qlobal Bakı Forumuna qatılan Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

“Kimsə ölkəmizdə söz və mətbuat azadlığının olmamasını deyirsə...”

16 Mart 2017 15:08

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu danılmaz faktora çevrilib. Demokratiyanın fundamental dəyərlərindən hesab olunan bu institutlat ölkəmizdə günü-gündən inkişaf edir. Dövlət ösə öz növbəsində bu sahələrini inkişafına xidmət edən ardıcıl islahatlar həyata keçirir.

Ana qızın qulağını qopardı

16 Mart 2017 15:03

Britaniyada qızın qulağını qopardan anaya hökm oxunub. Şimali Linkolnşirdən olan 26 yaşlı Ellis Briar Atersayk 6 il müddətinə azadlıqdan məhrum edilib.

Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqlayıb

16 Mart 2017 14:59

Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı müxtəlif xəbərlər dərc olunur və buna "Maliyyə Nazirliyinin hesaba pul köçürməməsi" səbəb kimi göstərilir.

Latviya prezidenti: “Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin yollarını tapacağıq”

16 Mart 2017 14:58

“Azərbaycanla Latviya arasında çox yaxşı münasibətlər var. Mən ümid edirəm ki, biz bu münasibətləri daha da inkişaf etdirməyin yollarını tapacağıq”. Bunu Bakıda səfərdə olan Latviya prezidenti Raymonds Veyonis deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli münasibətlərin yeni inkişaf perspektivlərini müzakirə edəcəyini bildirib: “Bu il Azərbaycan prezidentinin Riqaya səfərini gözləyirik. Biz orada müzakirələri davam etdirəcəyik”.

Veyonis: ”Münaqişələr həll edilməlidir ki, ölkələrin ərazi bütövlüyü bərpa olunsun”

16 Mart 2017 14:56

“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Biz təbii ki, bunun sülh və danışıqlar yolu ilə həllini istəyirik”. 

"Şans bizim tərəfimizdə deyildi"

16 Mart 2017 14:54

"Mançester Siti" ilk oyunda qalib gəldiyi (5:3) "Monako"ya cavab matçında 1:3 hesabıyla məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Qarşılaşmadan sonra İngiltərə təmsilçisinin baş məşqçisiPep Qvardiola məğlubiyyətindən danışıb: "Birinci hissədə meydana çıxmağı unutduq.

"Azərbaycan Ermənistandakı seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil"

16 Mart 2017 14:53

Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etmək niyyətində deyil. Bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov Ermənistanın ölkədə aprel ayında keçiriləcək parlament seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün MDB ölkələrinə, o cümlədən Azərbaycana müraciət etməsi barədə xarici mətbuatda dərc edilən məlumata münasibət bildirərkən deyib.

Bakıda mənzil yanaraq külə dönüb

16 Mart 2017 14:51

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus mənzil yanaraq külə dönüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzildə ev əşyaları 16 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Üzüyün barmaqda qalması FHN-i hərəkətə gətirdi

16 Mart 2017 14:50

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub. FHN-dən “Olaylar”a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın barmağındakı üzüyü kəsib çıxararaq müvafiq köməklik göstəriblər. Əməliyyat saat 04:20-də başa çatıb.

Avtomobildə yük-müşayiət sənədlərində göstərilməyən mallar aşkar olunub

16 Mart 2017 14:49

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına sərbəst dövriyyə üçün gətirilən və Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində olan "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində gömrük orqanına bəyan olunmayan və yükün müşayiət sənədlərində göstərilməyən 49 adda yeyinti məhsullu, müxtəlif yuyucu vasitələr, spirtsiz içkilər və şirələr, dezodorantlar və 4 ədəd velosiped aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

100 vətəndaş “Kütləvi çıxarış” kampaniyasından faydalanıb

16 Mart 2017 14:48

Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərini sevindirib. Komitədən “Olaylar”a verilən məlumata görə, , 16 mart tarixində keçirilən növbəti “Kütləvi Çıxarış” kampaniyasından Abşeron rayonunda yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin sakinləri faydalanıb. Kampaniya çərçivəsində yaşayış kompleksinin 100 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Bir qrup sakinə isə komitənin əməkdaşları tərəfindən hüquqi yardım göstərilib, onların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sualları cavablandırılıb. Sənədləşdirmə zamanı müvafiq qurumlardan alınması zəruri olan sənədlərin adı, belə sənədlərin əldə olunması ardıcıllığı, qeydiyyat müddətləri və digər məsələlər vətəndaşlara çatdırılıb.