Avtomobildə yük-müşayiət sənədlərində göstərilməyən mallar aşkar olunub
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına sərbəst dövriyyə üçün gətirilən və Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində olan "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində gömrük orqanına bəyan olunmayan və yükün müşayiət sənədlərində göstərilməyən 49 adda yeyinti məhsullu, müxtəlif yuyucu vasitələr, spirtsiz içkilər və şirələr, dezodorantlar və 4 ədəd velosiped aşkar olunub.Faktla bağlı araşdırma aparılır.
16 Mart 2017 14:49 KriminalBalakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına sərbəst dövriyyə üçün gətirilən və Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində olan "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində gömrük orqanına bəyan olunmayan və yükün müşayiət sənədlərində göstərilməyən 49 adda yeyinti məhsullu, müxtəlif yuyucu vasitələr, spirtsiz içkilər və şirələr, dezodorantlar və 4 ədəd velosiped aşkar olunub. Faktla bağlı araşdırma aparılır.