Gündəm

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır

16 Mart 2017 15:55

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, elektrik qatarlarının hərəkəti Baş Sumqayıt-Sumqayıt-sərnişin stansiyaları arasında yeraltı keçidin tikintisi ilə əlaqədar olaraq məhdudlaşdırılır. Məhdudiyyət mart ayının 18 və 19 tarixlərində tətbiq olunacaq.

Daha 3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib

16 Mart 2017 15:55

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, komitə sədri Mübariz Qurbanlı ölkəmizdə uğurla formalaşdırılan dövlət-din münasibətləri barədə danışıb.

Pentaqon rəhbəri Trampa müharibə ELAN ETDİ

16 Mart 2017 15:53

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Ceyms Mettisin komandaları arasında Müdafiə Nazirliyində (Pentaqon) əsas vəzifələrə təyinatlar üzrə fikir ayrılıqları ilə əlaqədar qarşıdurma yaşanır.

"İntihar etmək istədiyini dedi" - Qələm dostlarından ürək dağlayan SÖZLƏR

16 Mart 2017 15:49

Bu gecə gənc yazar Mövlud Mövlud intihar edib. Onun intiharı tanıyan hər kəsi şoka salıb və heç kim bu xəbərə inanmaq istəmir.

Beynəlxalq Valyuta Fondunda PARTLAYIŞ

16 Mart 2017 15:47

Beynəlxalq Valyuta Fondunun Paris ofisində partlayış baş verib. Bağlamalardan birinin partlaması nəticəsində bir nəfər xəsarət alıb. 

Əmr Musa: "Hamımız ehtiyatlı olmalıyıq, gələcək naməlumdur"

16 Mart 2017 15:42

"Sonuncu prezident seçkilərindən sonra ABŞ kimi super güc kimi hələ özü öz siyasətini müəyyənləşdirməyib. Biz hamımız ehtiyatlı olmalıyıq. Çünki gələcək naməlumdur". Bunu Ərəb Liqasının sabiq baş katibi Əmr Musa V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.  

Hollandiya Qərbdə müsəlman ölkələrinə qarşı yeridilən siyasətdə forpost rolu oynayanlardan biri kimi

16 Mart 2017 15:40

Hollandiyada uğurlu diaspor fəaliyyəti ilə məşğul olan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərən Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının məhkəmə çəkişməsi davam edir. Bu ölkədə yaşayan ermənilərin böhtan və qondarma ittihamları əsasında elə erməni yalanlarına şərik olan Hollandiya məhkəməsi martın 17-də İlhan Aşkınla bağlı son qərarı verəcək.

FED-in qərarı manatın məzənnəsinə təsir etməyəcək

16 Mart 2017 15:37

Ötən gün Birləşmiş Ştatların almış olduğu qərar yenidən beynəlxalq maliyyə bazarlarında hərəkətlilik yaradıb. Bu hərəkətlilik Azərbaycanda da müşahidə edilməkdədir. Söhbət ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) yenidən baza faiz dərəcəsini artırmasından gedir. Xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatların Federal Ehtiyyat Sistemi baza faiz dərəcəsini artıraraq 1 faizə çatdırıb. Okeanın o tayında atılmış addımın Azərbaycanın maliyyə bazarlarına ciddi şəkildə təsir gstərəcəyi barədə müxtəlif proqnozlar səsləndirilir. Hətta, milli valyutanın yenidən Birləşmiş Ştatlar dollarına nisbətən kəskin şəkildə ucuzlaşacağı təhlükəsindən də danışılır. Ancaq bunun əksini söyləyənlər də var.

Azərbaycanda ilk dəfə Bakı Şopinq Festivalı keçiriləcək

16 Mart 2017 15:35

Martın 16-da Turizm Şurasının üzvləri Bakı Şoppinq Festifalının keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçiriblər. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biri olan turizmin inkişafı üçün son illər dövlətimiz tərəfindən bir çox mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama əsasən, həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda şopinq festivallarının təşkilidir. Hər il keçirilməsi nəzərdə tutulan festivalbu il, aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək: “Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar”. Nazir bildirib ki, ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir: “Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır.

Regionda yeni əməkdaşlıq imkanları

16 Mart 2017 15:33

Son vaxtlar Azərbaycanın siyasi və iqtisadi sahədə daha sıx əməkdaşlıq etdiyi ölkələrdən biri Ukraynadır. Qarşılıqlı səfərlər və ondan doğan müsbət nəticələr Kiyev-Bakı əməkdaşlığı üçün yeni perspektivlər açır. Bu perspektivlər özünü daha çox iqtisadi sahədə göstərir. Bu günlərdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ukrayanaya səfəri də iqtisadi sahədə yeni əməkdaşlıq formalarının axtarışı xarakteri daşıyırdı desək yanılmarıq. Məlumat üçün qeyd edək ki, azərbaycanlı nazir Kiyevdə Ukraynanın baş naziri Vladimir Qrosyman və digər ukraynalı nazirlərlə görüşdən sonra prezident Pyotr Poroşenko tərəfindən də qəbul olunub. Kiyevdəki görüşlərdə tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

16 Mart 2017 15:29

Hər zaman Rusiyanın Ermənistanda hərbi hərəkətlərini diqqətlə izləyən cəmiyyətimiz üçün ötən həftə İrəvanda keçirilən bir beynəlxalq forum gerçəkdən də heç bir maraq doğurmadı. Kimsə bunu qardaş Türkiyə ilə Qərb arasında güclənən siyasi qarşıdurmanın informasiya məkanımızda bəlli səbəblərdən daha çox dominantlıq etməsiylə əlaqələndirə bilərdi,lakin media və bloqosfer dünyamızın vətəndaşlıq duyğuları, siyasi birlik və həmrəylik ehtirasları Ağrı dağının ətəyinə toplanmış “Valday forumu” iştirakçılarının səsini bütövlükdə batıra bilməzdi.

V Qlobal Bakı Forumu Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında, dünyanın diqqətinin Azərbaycana yönəldilməsində əvəzolunmaz siyasi platformadır

16 Mart 2017 15:28

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya baş tutan səfəri bir sıra parametrləri üzrə yadda qalan oldu. İstər siyasi, istərsə də iqtisadi səviyyədə keçirilən görüşlər Parislə Bakı arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratdı. Dövlət başçısının keçirilən əksər görüşlərdə Dağlıq Qarabağ probleminə toxunması Azərbaycanın haqlı möqeyinin bir daha dünya ictimaiyyətinə çatdırlması baxımından da mühüm əhəmiyyət daşıdı. Millət vəkili Azər Badamov “OLAYLAR”-a verdiyi müsahibədə Azərbaycan Prezidentinin Fransaya səfəri və onun nəticələrindən danışıb.

Novruzun gəlişi istirahət mərkəzlərindəki qiymətlərə də təsir edib

16 Mart 2017 15:26

Azərbaycana təşrif buyuran turistlərin sayının ildən-ilə artması müşahidə olunur. Etiraf edək ki, bunun üçün Azərbaycanda kifayət qədər inkanlar mövcuddur. İlk növbədə Azərbaycanın coğrafi mövqeyi, iqlim şəraiti, bir-birindən gözəl məkanlarda yaradılan istirahət məkanları və ən nəhayət ölkədə mövcud olan sabitlik turizm axınını şərtləndirir. Qalır bircə keyfiyyətli xidmət və sərfəli qiymət məsələsi.

Fransa Azərbaycanın siyasətində strateji yer tutur

16 Mart 2017 15:25

Prezident İlham Əliyevin martın 14-də Fransaya səfəri başa çatdı. Dövlət başçısı səfər çərçivəsində həmkarı Fransua Ollandla təkbətək və geniş tərkibdə görüşlər keçirdi. İki ölkə arasında bir neçə dövlətlərarası sənəd imzalandı. Azərbaycan prezidenti qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoq mühüm mərhələyə qədəm qoyub və bir çox sahələrdə mövqelər üst-üstə düşür.

Sabiq prezident: “Azərbaycan iradəli, etibarlı tərəfdaş ölkə kimi ən gözəl misaldır”

16 Mart 2017 15:20

“Bolqarıstan Cənub Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur. Azərbaycandan 1 milyard kubmetr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Azərbaycan bizim enerji təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq”.