Gündəm

Fikir, söz, məlumat azadlığı baxımından nümunə ölkə

16 Mart 2017 16:39

Uzun bir tarixə malik olan Azərbaycan mediası günümüzdə öz inkişaf dövrünü yaşayır.  Bu gün Azərbaycan mediası bütün parametrləri üzrə region ölkələrindən öndədir. Ölkədə fikir, söz və məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin olunması, kütləvi informasiya vasitələrinin azad və müstəqil şəkildə fəaliyyəti üçün mövcud olan imkanlar, mətbuata və bu sahədə çalışan kütləvi informasiya vasitələri nümayəndələrinə olan dövlət qayğısı deyilənlərin əyani sübutudur. Ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan mediası bu günkü durumuna gəlib çatana qədər çox çətinliklər görmüş, məşəqqətli, ancaq şərəfli bir yol keçmişdir.

Banka hücum: bir neçə nəfər girov götürüldü - YENİLƏNİB

16 Mart 2017 16:36

Almaniyanın Duysburq şəhərində banka hücum edən naməlum kişi girovu sərbəst buraxaraq qaçıb. 

Ana 3 uşağını yastıqla öldürüb damda gizlətdi

16 Mart 2017 16:35

Fransada ana 3 övladını amansızlıqla öldürərək günlərlə evin damında gizlədib. Uşaqların cansız bədənlərini ataları aşkarlayıb. Hadisə ilə bağlı polisə xəbər verib. Hadisə yerinə gələn polislər valideynlərin hər ikisini şübhəli şəxs qismində saxlayıblar. Polisə ifadəsində hər şeyi etiraf edən ana övladlarını yastıqla boğaraq öldürdüyünü və bundan yoldaşının xəbərinin olmadığını qeyd edib. Bu dəhşətli hadisəni niyə törətdiyini isə deməyib.  Ata sərbəst buraxılıb. 

İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb

16 Mart 2017 16:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.  Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

ADU-da Çin İctimai Elmlər Akademiyasının prezidenti ilə görüş keçirilib

16 Mart 2017 16:31

Martın 15-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti  Vanq Fuşenq universitetin professor-müəllim heyəti ilə görüşüb.

Evdən qızıl aparan ələ keçib

16 Mart 2017 16:23

İmişlidə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də rayon ərazisindəki evlərdən birindən 900 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Emin Abbasov tutulub.

Oğrunun digər əməlləri ifşa olundu

16 Mart 2017 16:21

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tural Abbasovun ətrafında Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il iyulun 11-də Gəncə şəhər sakinləri - əvvəllər məhkum olunmuşlar Ülvi Əliquliyev və Osman Həsənovla birgə şəhər ərazisindəki evlərdən birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib. DİN-dən verilən məlumata görə, görülən tədbirlərlə Ü.Əliquliyev və O.Həsənov da tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların ötən il oktyabrın 16-dan cari il fevralın 4-dək olan müddətdə şəhər ərazisində 6 avtomobildən oğurluq etmələri də müəyyən edilib.

Bakı sakinindən tiryək və odlu silah götürülüb

16 Mart 2017 16:20

Bakı şəhər sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən mlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vasif Abbasovdan 4,726 qram tiryək, 8 ədəd 50 milliqramlıq tramadol, 1 ədəd 300 milliqramlıq pregavalin, 2 tropikamiddin polimer qabda olan maye, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 545 qram tiryək və nömrəsi silinmiş "Naqan" markalı tapança aşkar edilərək götürülüb.

"Transatlantik münasibətlərinin gələcəyi: Siyasi realizmə qayıdış" II PANEL

16 Mart 2017 16:10

V Qlobal Forumun çərçivəsində "Transatlantik münasibətlərinin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib. Panelə ABŞ IN CNN telekompaniyasının siyasi analitik və aparıcısı Fareed Zakaria moderatorluq edib.

Vüqar Bayramov: "Manatı möhkəmləndirmək üçün məzənnə stabilliyinə nail olmaq lazımdır"

16 Mart 2017 16:08

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot stavkasını artırmasına baxmayaraq, manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar, artırmadı.

Dəhşətli SOYUQLAR GƏLİR: Yer nəhəng buzlağa çeviriləcək

16 Mart 2017 16:05

Yer kürəsində 5-ci buz dövrü başlayır. Bu barədə geologiya-minerologiya elmləri doktoru Vladimir Polevanov Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, planetdə bu günə qədər baş vermiş dörd buz dövrünün beşincisi də əvvəlkilər kimi bir çox ərazilərdə həyat əlamətini donduracaq.

Putin: "Rusiya vasitəçi kimi maksimum səylər göstərməyə hazırdır"

16 Mart 2017 16:00

"Rusiya regional münaqişələrin nizamlanması üçün vasitəçi kimi maksimum səylər göstərməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlət səfirlərinin etimadnamələrini təqdimetmə mərasimində çıxışı zamanı deyib.

Narkomaniyaya qarşı mübarizədə din faktoru

16 Mart 2017 15:58

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba şəhəri 4 saylı humanitar təmayüllü məktəb-liseydə “Narkomaniyaya qarşı mübarizədə din faktoru” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə ilk çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlər qadağan edilib. O, qeyd edib ki, gənc nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur.

Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

16 Mart 2017 15:58

Elmin İnkişafı Fondu 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub.

Nevroloqlarının VI konfransı

16 Mart 2017 15:57

Martın 16 – da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan nevroloqlarının VI konfransının açılışı olub. Nazirlikdən “Olaylar”- a bildirilib ki, konfransı giriş sözü ilə açan institutun rektoru professor N.A.Qasımov Azərbaycanda nevrologiyanın inkişafında institutun sinir xəstəlikləri kafedrasının rolundan danışıb.