Gündəm
Hökumətin məsləhətçisi: "Tramp yeganə ABŞ prezidentidir ki, uzun müddətli - 8 illik planı var"
"ABŞ-da, habelə bütün dünyada şərhçilər hamısı bir ağızdan deyirdilər ki, Donald Trampın heç bir planı yoxdur. Reallıqda isə biz bunun əksini görürük. Mən hökumətin məsləhətçisiyəm. Ronald Reyqanın vaxtından işləyirəm. Tramp yeganə ABŞ prezidentidir ki, onun uzun müddətli - 8 illik planı var".
"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru dəyişib
Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub. Bakı Mühəndislik Universitetindən verilən xəbərə görə, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.
BP ilə layihə həyata keçiriləcək
Bakı Ali Neft Məktəbi ilə BP və Twenty Eighty Strategy Execution şirkətləri arasında əməkdaşlıq çərçivəsində “Layihələrin idarə olunmasi məktəbi”nin (School of Project Management-SPM) açılış mərəsimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə BP və BANM rəhbərliyinin, SPM məzunlarının, AMCHAM (Amerika Ticarət Palatası), BBG (Britaniya Biznes Qrupu) və AHK-in (Almaniya-Azərbaycan Ticarət Palatası) nümayəndələri iştirak ediblər.
İnternat məktəbində Novruz şənliyi keçirilib
Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.
İntihar edənlərə ürəyiniz yanmasın` - Ləman Ələşrəfqızı yazır
Bir dəfə gənc yazarlarla bağlı süjet hazırlayırdım, zəng vurdum Mövlud Mövluda. Dedim bu mövzuda sizi çəkə bilərəmmi? Dedi ki, əlbəttə olar. Amma siz çəkilişə gələnə qədər ürəyim dözməyəcək, olar, sizə telefonda bir sual verim? Dedim, ver. Dedi ki, siz niyə o vaxtlar Əbülfəz Elçibəyə sərt suallar vermisiz?
Prezident İlham Əliyev Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.
Rusiyalı politoloq Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Rusiya təhlili" nəşrinin baş redaktoru Yevgeni Mixaylov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.
Prezident İlham Əliyev Latviya Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 16-da Latviya Respublikasının Prezidenti Raymond Veyonis ilə görüşü olub.
ADU-nun dosentinin məqaləsi beynəlxalq jurnalda yer alıb
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti Şəfəq Abdullayevanın “Devalvasiya iqtisadi artım və ya böhranın səbəbi kimi” (“Devaluation as a Reason for Economical Growth or Crisis”) mövzusunda məqaləsi dünyanın nüfuzlu impakt faktorlu “International Journal of Economics and Finance”da dərc olunub. Kanadanın Elm və Təhsil Mərkəzində çapdan çıxmış jurnalda yer alan məqalədə devalvasiyanın konseptləri, onların növləri, açıq və qapalı devalvasiya, bəzi ölkələrdə devalvasiya, həmçinin dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbi ilə yaranan iqtisadi böhran, milli valyutanın devalvasiyası məsələləri izah olunub. Bundan əlavə, məqalədə devalvasiyanın iqtisadiyyata təsiri, onun mənfi və müsbət aspektləri, səbəbləri və nəticələri təhlil olunub. Məqalədə devalvasiyanın həlli yolları, bəzi ölkə modelləri əsasında böhran vəziyyətində uğurlu addımların atılması ilə bağlı təkliflər verilib.
ABŞ astronavtları bu azərbaycanlıya borcludurlar
Azərbaycanda məmur arvadının qabırğalarını SINDIRDI
Azərbaycanda uzun müddət yüksək vəzifədə işləmiş məmur arvadı vəhşicəsinə döyərək 3 qabırğasını sındırıb.
Atasını öldürən 5 yaşlı uşağa anası kömək edib? - ŞOK DETAL
Adanada 5 yaşlı uşağın "oğru-polis" oyunu oynayarkən pnevmatik tüfənglə atasını vuraraq öldürdüyü iddia olunan hadisə ilə bağlı şok detal üzə çıxıb.
Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2017" Televiziya Müsabiqəsinə start verildi
14 mart tarixində Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turzim Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə "Muğam - 2017" Televiziya Müsabiqəsinə start verildi.
“Bir” Tələbə-Könüllü Proqramının nümayəndələri ADU-da təqdimat keçirib
Martın 15-də “Bir” Tələbə-Könüllü Proqramının nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) “Bakı Marafonu 2017” adlı təqdimat mərasimi keçirib. “Bakı Marafonu 2016”-nın qalibi Namiq Əsədov Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi və hədiyyələr barəsində geniş məlumat verib. O, həmçinin idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə tələbələrə səslənib, marafona hazırlıq və keçirilən təlimlər barədə ətraflı danışıb.
ADU-da “Əziz Əliyev dövlət xadimi kimi” mövzusunda tematik dərs
Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti Şəlalə Bağırovanın tədris etdiyi Azərbaycan tarixi fənnindən “Əziz Əliyev dövlət xadimi kimi” mövzusunda tematik dərs keçirilib. Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin 101 a və 101 b qrup tələbələrinin iştirak etdiyi dərsdə Ş.Bağırova Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin siyasi fəaliyyəti, Cənubi Azərbaycanda gördüyü işlər, azərbaycanlılar arasında millətçilik ruhunun yüksəlməsi, ana dilinin qorunub saxlanılmasından danışıb.














