Gündəm
Fransa XİN rəhbəri: Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərimizi davam etdirəcəyik
Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
KİVDF Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı
Bu gün "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz Bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib
Bu gün deputat Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər nazirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini qəbul edib.
Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixinə həsr olunan yeni monoqrafiya işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin elmi işçisi Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” adlı monoqrafiyası işıq üzü görüb.
ADU-da məktəblilərlə görüş keçirilib
Martın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının baş müəllimi Dinarə Muxtarovanın təşkilatçılığı ilə orta məktəb şagirdlərinin iştirakı ilə tədbir keçirilib. ADU ilə orta məktəblər arasında əlaqələri genişləndirmək, şagirdlərdə universitet haqqında ilkin təsəvvür yaratmaq və onlara geniş məlumat verərək dolğun fikir formalaşdırmaq məqsədi daşıyan tədbirin qonaqları Bakı şəhəri, Yasamal rayonunda yerləşən 53 saylı orta məktəbin şagirdləri olub.
Bakı qəsəbələrində güzəştli kreditlər hesabına müasir istixana kompleksləri yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Biləsuvarda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
İqtisadiyyat naziri Şahin Mustafayevin martın 17-də Biləsuvarda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir
Fransa səfirliyinin əməkdaşı Musiqili Teatrda
Fransanın ölkəmizdəki səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Yohan Schitterer Azərbaycan Dövlət Musiqli Teatrında olub. Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev qəbul edib. Ə. Lalayev ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan teatr sənətinin, Azərbaycan mədəniyyətinin yüksək səviyyədə inkişafı, habelə beynəlxalq arenada tanıdılması üçün çox mühüm və vacib işlər gördüyünü qonağın diqqətinə çatdırıb.
Bakıda Macarıstan Günləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi və Macarıstan Respublikası Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə İmre Madaçın “İnsanın faciəsi” kitabının təqdimatı ilə “Bakıda Macarıstan günləri”nin açılış mərasimi keçirilib.
Avropa Şurasının nümayəndə heyəti Baş Prokurorluqda olmuşdur
Martın 15-də Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" sərəncama dəyişiklik
Prezident İlham Əliyev "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.
Fransa prezidenti: "BVF-nin ofisindəki partlayış terror aktıdır"
Fransa Prezidenti Fransua Olland Parisdə Beynəlxalq Valyuta Fondunun (BVF) binasında baş verən partlayışı terror aktı kimi dəyərləndirib. O, bunu ölkəsinin Tulon şəhərinə səfəri zamanı bildirib. "Zərfdə partlayıcı qurğunun yerləşdirilməsi terror aktı ilə üzləşməyimiz deməkdir. Bunun başqa adı yoxdur", - Fransa prezidenti vurğulayıb. F.Olland deyib ki, hakimiyyət günahkarların tutulub cəzalandırılması üçün əlindən gələni edir.
Keçmiş MTN "agent"lərinin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İclasda A. Akimovanın vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət verib. Zərərçəkmiş şəxslər və dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib.













