Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,

İrlandiyanın milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31